Xəbər lentiwidget-title-icon

“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır gencede-sagird-bicaqlandi
“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar”
ADNA-da törədilən terror aktından 17 il ötür
"Son zəng"də məzunlara fərqli geyimdə iştiraka icazə verən məktəb rəhbərliyi cəzalandırılacaq - AÇIQLAMA
Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir

Gəncədə İnnovasiya Mərkəzi açıldı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb. “İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”, - deyə İRİA-nın sədr müavini vurğulayıb.

Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait yaradılıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov mərkəzin gənclər və startapçıların mühüm faydalarının olacağını diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və digər çıxışçılar bildiriliblər ki, digər universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq. Qeyd edək ki, İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda “Sumgait Innovation Hub”, 2025-ci ildə isə “Andersen Lab”, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər