Xırdalan məktəbinin daha bir uğuru
Xırdalan 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 4 e sinif şagirdi - Mələk Rəsulova Fermat 2025- 2026 Riyaziyyat Olimpiadasında ( FMO )Qızıl medal, Amerika Olimpiadasında isə İngilis dili üzrə qalib gələrək Gümüş medala və diploma layiq görülüb. Hər iki uğur münasibətilə şagirdimiz direktor Arifə Balakişiyeva , müavin Gülnarə Şirvanzadə və sinif rəhbəri İlhamə Məmmədova ilə görüşərək sevincini bölüşüb. Mələyi möhtəşəm uğurlarına görə təbrik edir, səsinin hər zaman Beynəlxalq zirvələrdən gəlməsini arzulayırıq.




























