Xəbər lentiwidget-title-icon

Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

AzEdu.az xəbər verir ki, növbəti görüş 5 dekabr saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Görüşdən sonra buraxılış imtahanı fənləri (Azərbaycan və rus dili (tədris dili kimi), riyaziyyat və xarici dil) üzrə şagirdlər üçün yazı işlərinin yerinə yetirilməsi zamanı yol verilən səhvlər əsasında praktik treninqlər təşkil ediləcək. Burada əvvəlcə real yazı işi nümunələri əsasında hazırlanmış təqdimat nümayiş etdiriləcək. Təqdimatdan sonra şagirdlərə yerinə yetirmələri üçün bir neçə tapşırıq təklif ediləcək. Şagirdlər həmin tapşırıqları yerinə yetirdikdən sonra yazdıqları yazı işləri mütəxəssislər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsi şagirdlərin özləri ilə müzakirə ediləcək.Şagirdlər yazı işləri ilə bağlı izahla da tanış ola biləcəklər. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini (treninqdə iştirak etmək istədikləri müvafiq fənni seçməklə) əvvəlcədən bildirməlidirlər.

Görüşdə iştirak etmək istəyənlər dekabrın 3-dək aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 140 nəfərin (70 məktəbli, 50 valideyn və 20 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Qeydiyyat linki: //portal.dim.gov.az/gorush2025/

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini press@dim.gov.az poçtuna da göndərə bilərlər.

Qeyd: Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək

Oxşar xəbərlər

Bütün xəbərlər