Botanika İnstitutunun gənc alimi beynəlxalq vebinarda sertifikata layiq görülüb

Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş "Çin - COMSTECH Əməkdaşlıq Təşəbbüsü: İƏT üzv dövlətlərində ənənəvi tibb və müttəfiq biotibbi elmlərdə əməkdaşlığın gücləndirilməsi” adlı vebinarda iştirak edib.
İnstitutdan "tehsilmedia.info"a bildirilib ki, təşkil olunmuş tədbirdə tədqiqatçılar, elmi-tədqiqat laboratoriyaları və sənaye sahələrinin müvafiq əməkdaşları və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) üzv dövlətləri çıxış ediblər.
Tədbirdə birgə laboratoriyaların yaradılması, İƏT-ə üzv dövlətlərin alimləri üçün mübadilə proqramları və məhsul əsaslı tədqiqatlar kimi əməkdaşlığın aspektləri də müzakirə edilib. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.
TƏHSİL MEDİA


























