Xəbər lentiwidget-title-icon

Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?

NDU-da “Beynəlxalq təlim aylığı” çərçivəsində professor Qərib Mürşüdov təlim keçib

NDU-da “Beynəlxalq təlim aylığı” çərçivəsində professor Qərib Mürşüdov təlim keçib

“Beynəlxalq Təlim Aylığı” çərçivəsində aprelin 28-də Böyük Britanyanın Kembric şəhərində yerləşən molekulyar biologiya üzrə “Medical Research Council” laboratoriyasının professoru Qərib Mürşüdov Naxçıvan Dövlət Universitetində olub.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, qonaq professor Tibb fakültəsində təşkil olunan tədbirdə “Makromolekulyar kristalloqrafiya və krioyenik elektron mikroskopiyası” mövzusunda təlim keçib.

NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli professor haqqında ətraflı məlumat verib, qeyd edib ki, Qərib Mürşüdov ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. O, bioinformatika sahəsində tanınmış mütəxəssis və Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunan ilk azərbaycanlı alimdir. Professor 60-dan çox elmi məqalənin, bir neçə kitab və toplunun müəllifi və həmmüəllifidir. Dünyaşöhrətli alimin elmi işlərinə və hazırladığı proqramlara edilən istinadların sayı 20 mindən çoxdur.

Təlimdə professor Qərib Mürşüdov makromolekulyar kristalloqrafiya və krioyenik elektron mikroskopiyası sahəsində struktur analizləri üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin inkişaf etdirilməsi mövzusunda məruzə edib. O həmçinin zülalların üçölçülü quruluşunun öyrənilməsi, zülal ardıcıllığı və funksional məlumatların sərbəst əldə edilə bildiyi UniProt verilənlər bazası barədə məlumat verib. Bununla yanaşı, professorun çalışdığı “Medical Research Council” laboratoriyasının yaranma tarixi və bu laboratoriyanın Nobel mükafatına layiq görülən alimləri haqqında da ətraflı məlumatlar təqdim olunub.

Təlim aktuallığı və məlumatlılığı ilə yadda qalıb, tələbələr onları maraqlandıran suallar ünvanlayıb. Müzakirələrlə davam edən təlimdə professor suallara əhatəli cavablar verərək bir çox elmi bilgiləri iştirakçılar ilə paylaşıb, onun tədqiqatları müəllim-tələbə heyəti üçün maraqlı və zəngin mənbə rolunu oynayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər