Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO

Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO

İyunun 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Rusiyanın Tümen Dövlət Universitetinin (TDU) sahibkarlıq baza kafedrasının müdiri, professor, ictimai xadim, psixoloq və sahibkar Eduard Ömərov tərəfindən ustad dərsi keçirilib.

MDU-dan "tehsilmedia.info"a bildirilib ki, ustad dərsdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək Rusiya ali təhsil məkanında özünəməxsus mövqeyə sahib olan TDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib. Bu əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə hazırda universitetin qonağı olan professor E.Ömərova təşəkkürünü bildirən rektor işbirliyi çərçivəsində ilk tədbirin məhz onun təqdimatında keçirilməsini yüksək dəyərləndirib. E.Ömərovun Rusiyada sahibkarlıq və akademik istiqamətlərdə uğurlu fəaliyyətindən və Azərbaycan-Rusiya əlaqələrinin inkişafında fəal rolundan söhbət açan Ş.Bayramov onun cəmiyyətdə ictimai xadim kimi də tanındığını qeyd edib. Rektor çoxşaxəli  və məhsuldar fəaliyyət təcrübəsinə malik olan qonağın ustad dərsinin bütün iştirakçılar üçün faydalı və maraqlı olacağına inandığını söyləyib.

TDU rəhbərliyinin salamlarını çatdıran professor E.Ömərov səmimi qarşılanmaya, xoş sözlərə, ikitərəfli əməkdaşlığa verilən yüksək dəyərə və dəstəyə görə minnətdarlığını bildirib. MDU-nu izlədiyini, burada təhsilin və gənclərin inkişafına böyük önəm verilməsinin təqdirəlayiq hal olduğunu qeyd edən professor Azərbaycanın dördüncü ən böyük sənaye şəhərində yerləşən universitetin kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib. Hazırda yeni dövrün universitetinə çevrilmək yolunda inamla irəliləyən MDU ilə  əməkdaşlığın davamlı və qarşılıqlı faydalı olacağına əminliyini bildirən E.Ömərov hər iki universitetin potensialının güclənməsində akademik mobilliliyin rolunu yüksək dəyərləndirib və bu kontekstdə qarşılıqlı olaraq həyata keçiriləcək birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.

Sonra professor E.Ömərov “Sahibkarlıq təhsili və uğura gedən yol” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda sahibkarlıq təhsilinin önəmi və iqtisadi inkişafa təsiri, bu sahədə tədqiqat istiqamətlərinin müasir trendlərə uyğunlaşdırılması, universitet-biznes əlaqələrinin inkişaf etdiriməsi, sahibkaryönümlü karyera strategiyasının qurulması və hədəflərin düzgün müəyyən edilməsi, sahibkarlıq düşüncəsi və idarəetmənin əsas prinsipləri barədə ətraflı məlumat verilib

Sonda E.Ömərov professor-müəllim və tələbə heyəti üzvlərinin suallarını cavablandırıb.

Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO
Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO
Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO
Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO
Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO
Rusiyanın Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər