Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." - ETİRAZ

"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." - ETİRAZ

"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..."
"Müdafiələrnin keçirildiyi və alim diplomlarının verildiyi qurumların nəzarətdən kənarda qalması dövlət əhəmiyyətli məsələdir. Diqqət etsəniz, müdafiə şurasının sədri olan əksər universitet rektorları, institut direktorları və prosesin aktiv iştirakçıları olan alim-üləmalar, həmçinin AAK yetkililəri özlərini çox rahat, hətta toxunulmaz hiss edirlər. Niyə? Çünki cəmiyyətimizin hələ də səcdə etdiyi kağız parçası - diplom məhz onların imzası ilə verilir. Həmin kağız parçası rüşvət, möhtəkirlik, Vətən övladlarını aldatmaq, istismar etmək, səhv yönləndirib ciblərinə girmək işinə yarayırsa, fəalkətin ortasındayıq. Bu fəlakəti kim yaradır? Akademşəbəkə..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Bəli, çox çəm-xəm edərsən, diplomunu verməzlər, dizin-dizin süründürərlər, çünki bizi içdən yeyən bu müstəqbih ənənənin əsasını özləri qoyublar və gözəl bilirlər ki, diplomları elmə, biliyə, dürürüstlüyə görə çoox nadir hallarda, özü də dava-dalaşla verirlər. Qalan 80-90 faizin işi bəllidir, yəni elmsiz cızma-qaralar.
Elmi mühitdə ləyaqət, mənəviyyat bazarı açanlar gələcəyimizi qaraldaraq dövlətə arxadan zərbə vurub keflərində davam edirlər. Təki bahalı mülkləri, özlərinin, əhli-əyallarının, gül balalarının eyş-işrətləri var olsun!
Dərinliyi qarınları və nəfsləri qədər olan bu nəfsəklərin vəzifə, mənsəb tutmaları milli intihara səbəbdir. Müasir dünyada elm və təhsil bir dövlət üçün rifahın əsası, özülü, bünövrəsi və inkişafın tək rəhnidir.
Mürtəceləşib harınlamış elm və təhsil bosları özlərinin qudurğanlıq meyarına görə tələbəyə, dissertanta, doktoranta, iddiaçıya "Öl!" desələr, ölməli, "Qal!" desələr, qalmalıdır. Bu meyil çox zərərli olub milli maraqlara zidd qruplaşmaların, dəstələrin yaranmasına, yəni içdən aşınmaya ideal örnəkdir. Bilirsiniz, bu, nəyə bənzəyir? Barmağını kəsib isti suyun altına qoymağa. Qan itirdiyini hiss etmədən bir neçə dəqiqədən sonra sakitcə həyatla vidalaşırsan. Elm və təhsil sarıdan bizi beləcə məhv edirlər, səssiz-səmirsiz.
Proses içimizdə baş verdiyi üçün məhz öldürcüdür, çünki içimizdəki diplomzadələrin, bizə vaxtilə dərs deyib "yol" göztərənlərin qəbihliyi adamın ağlına da gəlmir. Amma unutmayın ki, millət balalarına rəhmi gəlmədən soyğunçuluqla, fırıldaqla məşğul olan rüşvətxor alimdən nə desən, gözləmək olar. O, nəinki dədəsini, anasını, övladını, hətta Vətənini və dövlətini də bir göz qırpımında satmağa hazırdır!
Yaxın ayların birində Dilçilik İnstitunda rastlaşdığım bir dissertant nəyisə məndən soruşdu. Onun nə qədər aldadıldığını gördüm, düzgün, qanuni tərəfini ona izah etdim. Ertəsi gün dissertant məni görəndə 10 metr aralı keçdi, bir daha mənə yaxın düşmədi. İşini müsbət həll etmişdilər, amma yaxşıca tənbeh etmişdilər ki, məndən uzaq dursun.
Boslar ona görə arxayıdırlar ki, işləri onlardan keçən yüzlərlə tələbə, magistr, dissertant, doktorant var. Yaratdıqları bu reallığa əmin olan akademik şəbəkə üzvləri arxalarında böyük bir dəstə hiss edirlər...
Bəli, dövlət qurumlarını "zəbt" etmiş bu "beyəmllər" öz xeyirləri, zövqləri üçün təcrübəsiz nəsli beləcə korlayır, xoşbəxtliklərini onların bədbəxtlikləri üzərində qururlar.
Yadınızdadırmi, işçilərindən və tələbə heyətindən özünə basılmaz qala yaratdığını düşünən sabiq rektor Abel Məhərrəmov nə demişdir: Elə etməyin ki, kontigenti qaldırım ayağa.
İndikilər elə demirlər, ancaq elə taktika, elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub.
Cəmiyyətimizdə diplomun həqiqi simasını insanlarımıza izah etmək lazımdır.
Diplomdan ötrü hər cür sövdələşməyə getməkdən, mütəşəkkil milli korlama dəstəsinə qoşulmaqdan çəkinin, gələcəyinizi məhv etməyin! Biliyinə, savadına güvənirsənsə, qorxma, sözünü de, mübarizə apar, lap mübarizə yolu ilə kağız parçasını da al və sübut et ki, o, bilik göstəricisi deyil, kağız parçasıdır!
Təəssüf ki, biz əksinə edirik: real biliyi, savadı adiləşdirib, heçləşdirib, kağız parçasına səcdə edirik. Diplomlu kəmsavad, kəmağıl akademikə, professora, doktora inanmaq, hətta onların sərsəmləmələrini, cızma-qaralarını ciddiyə almaq milli geriliyə aparan yoldur. Gördüklərinizdən dərs çıxarmadınızmı?! Kitab yazırlar, plagiat çıxır, tərtibatları, redaktorluqları saxta, rüsvayçılıq şəklində təzahür edir, "işləmələri" nəticəsində olub-qalanımız məhv olur. Belə davam etmək olmaz!
Onu da qeyd edim ki, bəzi universitet rəhbərləri müəllimləri yerli-yersiz alimlik diplomu almağa məcbur edir, əks halda işini itirməsi ilə hədələyirlər. Tam səhv və yanlış addımdır. Təşviş içində olan neçə ilin təcrübəli müəllimləri işdə qalmaq naminə üz tuturlar elm və ali təhsil ocaqlarında zəzərli fəaliyyət göstərən saxta dissertasiya şəbəkələrinə. Ailə büdcələrində olan pulları verib 1-2 ilə tezbazar bir diplom alırlar ki, aldıqları 800-1000 manat maaşı itirməsinlər. Dəhşət deyilsə, bəs nədir?! Bilik artırmaqdırmı? Vətən elminə xidmətdirmi? Əsla! ALi təhsil müəssisələrinin rəhbərləri və digər elm və təhsil şefləri də yaxşı bilirlər ki, bu əməl dövlətə, millətə və gələcəyimizə arxadan vurulan zərbədir. Bilə-bilə bu xain zərbənin endirilməsində fəal iştirak edirlər!.."

Oxşar xəbərlər

Bütün xəbərlər