Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Elmi dərəcə almaq asanlaşıb, yoxsa çətinləşib? - 5 ilin STATİSTİKASI

Son illər ölkədə elmi potensialın formalaşdırılması və ali elmi dərəcə sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər elmi dərəcə və elmi adların verilməsi ilə bağlı statistik göstəricilərdə də öz əksini tapır.

AzEdu.az 2020-2025-ci illəri əhatə edən dövr üzrə təqdim olunan məlumatlarda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, eləcə də dosent və professor elmi adlarının verilməsi haqqında statistik araşdırma yazını təqdim edir.

Belə ki, 2025-ci ildə elmi dərəcələrin verilməsi ilə bağlı göstəricilərə əsasən, 474 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi təqdim olunub, 284 nəfərə isə bu dərəcə ilə bağlı imtina cavabı verilibdir. Həmin il 82 nəfər elmlər doktoru elmi dərəcəsi alıb, 37 nəfərə elmlər doktoru elmi dərəcəsinin verilməsindən imtina edilib.

2024-cü ildə ümumilikdə 368 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Statistik məlumatlara görə, fəlsəfə doktoru elmi dərəcəsi ən çox filologiya elmləri (81 nəfər), iqtisad elmləri (55 nəfər) və tibb elmləri (40 nəfər) sahələri üzrə verilib. Bununla yanaşı, biologiya elmləri üzrə 30, pedaqogika üzrə 26, tarix üzrə 19, kimya üzrə 18, siyasi elmlər üzrə isə 17 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2023-cü ildə bəzi sahələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alanlar qeydə alınmayıb. Belə ki, astronomiya və antropologiya ixtisasları üzrə həmin il fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb. Mexanika, yer elmləri, əczaçılıq elmləri və sosiologiya sahələrinin hər biri üzrə isə cəmi bir nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. Eyni zamanda, 2023-cü ilin göstəricilərinə əsasən, ölkə üzrə fəlsəfə doktorlarının ümumi sayı 5 467 nəfər, elmlər doktorlarının sayı isə 1 382 nəfər təşkil edib.

2020-2023-cü illərdə (30 iyunadək) ərzində 1117 nəfərə fəlsəfə doktoru, 204 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 545 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 61 nəfərə imtina cavabı gəlib. Həmçinin 435 nəfərə dosent, 79 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 87 iddiaçıya, professor elmi adı almaq istəyən 24 iddiaçıya imtina cavabı verilib. Nostrifikasiya və təkrar attestasiyadan keçən 89 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru, 1 nəfərə dosent, 2 nəfərə professor adı verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 26 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina verilib.

Nəticə etibarı ilə təqdim olunan statistik göstəricilər son illər ölkədə elmi dərəcə və elmi adların verilməsi prosesinin həm kəmiyyət, həm də keyfiyyət baxımından müəyyən dinamikaya malik olduğunu göstərir. Fəlsəfə doktoru elmi dərəcəsi üzrə müraciətlərin sayının yüksək olması elmi fəaliyyətə marağın davam etdiyini nümayiş etdirsə də, imtina hallarının mövcudluğu qiymətləndirmə mexanizmlərinin ciddi və seçici xarakter daşıdığını ortaya qoyur. Elmlər doktoru elmi dərəcəsi üzrə göstəricilər isə bu mərhələnin daha məhdud və yüksək tələblərə əsaslanan elmi pillə olduğunu təsdiqləyir.

Eyni zamanda, sahələr üzrə bölgü humanitar və ictimai elmlərin, xüsusilə filologiya və iqtisad elmlərinin üstünlük təşkil etdiyini göstərir. Dosent və professor elmi adları ilə bağlı statistikalar, eləcə də nostrifikasiya və təkrar attestasiya nəticələri elmi kadrların hazırlanması və tanınması prosesinin sistemli şəkildə həyata keçirildiyini deməyə əsas verir. Ümumilikdə, əldə olunan nəticələr elmi dərəcə və elmi adların verilməsi sahəsində şəffaflıq, keyfiyyət və davamlı inkişaf prinsiplərinin qorunduğunu göstərir.

Oxşar xəbərlər

Bütün xəbərlər