Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Akademik-alim qılaflı o `işgüzarlar` indi də iş başındadırlar" - MALƏSƏF...

Akademik-alim qılaflı o `işgüzarlar` indi də iş başındadırlar" - MALƏSƏF...

AMEA prezidenti İsa Həbibbəyli qurumun sabiq prezidenti Ramiz Mehdiyevlə birgə Dilçilik İnstitutuna direktor gətirdikləri yaxın dostu Nadir Məmmədlini də götürüb gediblər Fransaya. Onlar Parisdə mənzillənmiş UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfransda iştirak ediblər. Hətta çıxış da edib və çox ehtimal deyiblər ki, bəs Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi əlyazmanı N.Məmmədli Dilçilik İnstitutunun arxivindən min bir zəhmətlə tapıb nəşr edib. Yəqin ki, bu zaman "Pah atonnan!" "Evrika!" deyib qəşş edən arkadaşlarımız da olub..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib.
O daha sonra əlavə edib: "Və çox ehtimal ki, bunu dinləyən türk abilərimizdən biri deyib ki, "efendim, bu, nasıl oluyor? Kendi institutunuzda belgeleri kayb edib sonra buluyorsunuz və bunu işmi, kahramanlıkmı sanıyorsunuz?". Çox güman ki, sualı eşitməməzliyə vurublar. Maşallah!
Xəbərə görə nümayəndə heyəti 3 nəfərdən ibarət olub.
Maraqlıdır, Azərbaycan dilinin ilk elmi qrammatikasının əks olunduğu Mirzə Kazımbəyə və digər milli-tarixi-linqvistik və siyasi-mədəni və diplomatik əhəmiyyətə malik kitabların nəşrinə 1 manat xərcləməyən, yaşamağa yeri, imkanı olamyan müəllifə "Get, Heydər Əliyev Fondu sənə mənzil versin" tövsiyəsində bulunan möhtərəm İsa Həbibbəyligil, görəsən, 3 nəfərin Parisə gedib-gəlmək və hoteldə qalmaq xərcini ciblərindən veriblər, yoxsa köksünə şığıyıb taqətdən saldıqları dövlət büdcəsindən?!
Əsas odur ki, şəkil çəkdirib iş görüntüsü yaradasan və gözə kül üfürəsən. Reallıqda isə həbibovlaşmış akademiyada elmdən və alim əməyinə qiymətdən söhbət gedə bilməz.
Beynəlxalq kataklizmlərdən sui-istifadə olunaraq iş adı ilə milyonların yeyilməsinə göz yumulması necə alim etikasına, alim şərəfinə və vicdanına sığa bilər?! Belə akademik əməllər dövlətin və dövlət üçün yaxşı iş görmək istəyən dövlət adamlarının reputasiyasını darmadağın etmirmi?!
Əlbəttə, akademşəbəkənin vecinə deyil. Təki onların özləri, övladları, nəvə-nəticələri sağ-salamat, eyş-işrət içində, kef-damaqda olsunlar.
PS. 2008-2011-ci illərdə İsa Həbibbəyli NDU-da rektor olan vaxtlar Misir Ərəb Respublikasının "azman alimlər"i ilə sıx əlaqəyə girmişdi. O, ictimai-siyasi hadisələri yaxından izləyən biri kimi çox gözəl müşahidə etdi ki, həm də məddah alimlərin üzündən Hüsnü Mübarək qan bahasına devrildi. Amma ortada yeyib qıraqda gəzən məddah alimlərə gözün üstə qaşın var deyən olmadı. Elə biclik etdilər ki, bütün xalq Mübarəyi günahkar bildi və onun acı taleyi hər kəsə məlumdur. Həmin məddah akademik-alimlər isə şad-xürrəm nəşədən nəşəyə intiqal etdilər. Mübarəyi o vaxt tərifləməyə məcbur qaldıqlarını, əslində isə ona nifrət etdikllərini deyib and içdilər. Akademik-alim qılaflı o "işgüzarlar" indi də iş başındadırlar.
Yeri gəlmişkən, 2008-ci ildə Qahirə Universitetində treyninqdə olduğum zaman bizim akademşəbəkə üzvlərinin kopyası olan Misirli akademik-alimlərin bir neçəsi ilə söhbətim də oldu. Məəttəl qaldım. Eyni təfəkkürür, eyni strategiya. Bizim alim-akademiklərin copy-paste variantı idilər..."

Dia.az

Oxşar xəbərlər

Bütün xəbərlər