Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Televizor, kompüter və telefonlar uşaqlarımızın ilk tərbiyəçisidir...

Televizor, kompüter və telefonlar uşaqlarımızın ilk tərbiyəçisidir...

Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir. Düşünürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmillədirilməlidir.

Virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu vardır. Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. İnsan adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayır. Bizim paltarımız, evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə mühitlə aramızda sərhəd qoyan hər bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır.
Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sındırılıb, mənim aləmimdə bu yad adamın mənim evimə soxulması kimi bir haldır. Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır; buna müdaxilə hər an baş verə bilirsə, deməli biz təhlükədəyik, evimizə oğru girib….

Çox qarşılaşdığımız adi bir halı misal gətirmək istəyirəm, fikir vermisinizsə, kompüterinizdə və ya telefonunuzda hər hansı axtarış sistemində bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensionallığımız tamlığı ilə təmin olunmur və hardasa bizim məlumatlara çıxış var, baxmayaraq ki, kompyuterimizdə və digər istifadə etdiyimiz elektron əşyalarda internetdə təhlükəsizlik ilə bağlı müxtəlif proqramlardan istifadə edirik.

Günümüzün reallıqlarından biri də odur ki, televizor, kompüter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir...valideyinlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı? Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya bilməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur, bura qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur... Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram, lakin, təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər….
Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq….Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür. Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik. Bəs virtual məkanda necə? Dünyanın istənilən nöqtəsindən istənilən adama çıxış mövcuddur, və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla təmasdan qorxu hissini keçirmirik, bununla da istənilən tanımadığımız adamla əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq, eləcə də bizim övladlarımız… Bəs gözümüzdən kənara qoymadığımız uşaqlarımızı necə bu nəzarətsiz dünyada olmasına imkan veririk?

Normal həyatda uşaqların məhdudlaşıdırılmış və ya qadağan olunmuş qeyri etik, qeyri qanuni və bu kimi digər çap vasitələrinə əl çatanlığı çox azdır, internetdə isə istənilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür…
Bəlkə mənim baxışlarım yetərincə sərt və mühafizəkardır, lakin mən düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən də sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır və buna ciddi nəzarət olmalıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər