Xəbər lentiwidget-title-icon

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA

AZƏRBAYCAN TƏHSİL ŞƏBƏKƏSİ NƏDİR?

AZƏRBAYCAN TƏHSİL ŞƏBƏKƏSİ NƏDİR?


Layihə 3807 təhsil müəssisəsini əhatə edir


Azərbaycan Təhsil Şəbəkəsi - ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. Cari ildə Təhsil Nazirliyi ATŞ-ə 400-dən çox təhsil müəssisəsini qoşaraq şəbəkənin əhatə dairəsini genişləndirib. İcrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 3807 təhsil müəssisəsini əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 93%-nə və pedaqoji heyətin 89%-nə bərabərdir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.



Məktəb idarəetmə sistemində və tədris prosesində informasiya texnologiyalarından effektiv istifadə



Ölkədə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər üzrə işlər həyata keçirilir.



Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrində elektron təhsil resurslarına, dərsliklərə, videomateriallara internet trafiki istifadə olmadan daxil olmaq mümkündür. Bu elektron tədris materialları isə şagirdlərdə məntiqi təfəkkür, yaradıcı yanaşma, təşəbbüskarlıq, problemlərin həlli, qərarların qəbul edilməsi, müstəqil öyrənmə kimi 21-ci əsr bilik və bacarıqlarının (kompetensiyalarının) inkifaşına kömək edir. Bu cür resurslar şagirdlərin diqqətini faydalı məzmuna yönəldir və internetdən təhsil almaq, inkişaf etmək məqsədi ilə istifadə etmələrinə şərait yaradır.



Onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə



Azərbaycan Təhsil Şəbəkəsi təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürmüşdür. Bu cür funksiyalardan ən başlıcası təhsilalanların tədris prosesində istifadə etdikləri internetin zərərli təsirlərindən qorunması ilə bağlıdır. Bu gün Azərbaycan Təhsil Şəbəkəsini ölkə miqyasında unikal mexanizmə çevirən ən mühüm cəhətlərdən biri, görülən bütün tədbirlərin təhsil ekosisteminin mərkəzində duran və təhsil prosesinin benefisiarı olan təhsilalanların hərtərəfli formalaşmasına xidmət etməsidir. Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, beləliklə də şagirdlər onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunur.



Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış sistemlərində müxtəlif dillərdə onlarla kateqoriya üzrə zərərli informasiyanın axtarışı məhdudlaşdırılır və təhsilalanların arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsi təmin olunur. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.



Tədris prosesində interaktiv alətlərin tətbiqi və texniki dəstəklənmə



Müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri də tədris prosesində interaktiv tədris metodikalarının tətbiqi ilə bağlıdır. Qeyd edək ki, ölkə üzrə təhsil müəssisələri kompüter avadanlığı, elektron lövhə və proyektorlar, təhsil robotları, elektron laboratoriya avadanlıqları ilə təchiz edilirlər ki, bu avadanlıqların da fəaliyyəti üçün müəssisədaxili şəbəkə infrastrukturunun mövcudluğu zəruridir. Azərbaycan Təhsil Şəbəkəsi korporativ intranet şəbəkəsi olduğundan, nəinki əhatə etdiyi təhsil müəssisələrini vahid şəbəkə çərçivəsində birləşdirir, eləcə də müəssisə daxilində lokal şəbəkə mühitinin formalaşdırılmasını mümkün edir. Bu kontekstdə tədris prosesinin yuxarıda sadalanan interaktiv imkanlarla zənginləşdirilməsi baxımından Azərbaycan Təhsil Şəbəkəsi mühüm əhəmiyyət kəsb edir.



Tədrisdə idarəetmənin təkmilləşdirilməsi üçün infrastruktur imkanlar



Azərbaycan Təhsil Şəbəkəsinə çıxış məktəblərdə idarəetmə sistemini müasir tələblərə uyğun qurmağa imkan yaradır. Belə ki, bir sıra pilot məktəblərdə inzibati və insan resurslarının idarə edilməsi, müəssisədaxili qərarvermə, qiymətləndirmə, proqnozlaşdırma, monitorinq proseslərinin elektron formada aparılması istiqamətində işlər görülür. Əlbəttə ki, bu imkanların tətbiqi və istifadəsinin Azərbaycan Təhsil Şəbəkəsindən kənarda baş verməsi mümkün deyil. Belə ki, məlumatların şəbəkə üzərindən ötürülməsi və saxlanması üçün məhz Azərbaycan Təhsil Şəbəkəsinin resurslarından istifadə olunur.



Videobağlantı məsafə maneəsini aradan qaldırır



Müasir dövrdə dayanıqlı və əlçatan kommunikasiyalar bütün digər sahələrdə olduğu kimi təhsil sistemində də çox məsələləri həll edir. Məsafədən asılı olmayaraq istənilən məkanda daim əlaqəyə çıxa bilmək imkanı qərarvermə prosesinin effektivliyinin artırılmasına müsbət təsir göstərir. Bu baxımdan, ATŞ-nin milli təhsil sistemi üçün yuxarıda qeyd olunan çoxsaylı faydaları sırasında videobağlantı imkanı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu imkan vasitəsi ilə təhsil müəssisələri bir-biri ilə real vaxt rejimində operativ, kəsintisiz və təhlükəsiz əlaqə yarada və interaktiv formada məlumat mübadiləsi apara bilirlər. ATŞ nəinki təhsil müəssisələrini, həm də təhsil sahəsinə cavabdeh olan dövlət qurumlarını da (Təhsil Nazirliyini və onun yerli idarə və şöbələrini) ortaq intranet şəbəkəsi daxilində birləşdirir və bir-biri ilə əlaqələndirilməsini təmin edir.



Qeyd edə bilərik ki, cari ilin iyun ayında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini canlı videobağlantı vasitəsilə qəbul etmişdir. Adıçəkilən rayonlarla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, İsmayıllı, Yevlax, Sabirabad rayonlarında da videokonfrans avadanlığı üzərindən rabitə imkanları yaradılmışdır. Müasir kommunikasiya vasitəsi ilə vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanları genişləndirilmiş və regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanı yaradılmışdır.



Pedaqoji heyətin peşəkar inkişafına şərait



Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrində elektron təhsil resurslarına, dərsliklərə, videomateriallara internet trafiki istifadə olmadan daxil olmaq mümkündür. Bu isə təhsilverənlər üçün özünütəhsil, araşdırma və biliklərin tətbiqi istiqamətində geniş imkanlar yaradır. Eyni zamanda, şəbəkə vasitəsi ilə aparıcı müəllimlərin dərslərinin digər ölkələrin təhsil müəssisələrində video nümayiş etdirilməsi imkanı vardır. Nəticədə müəllimlər digər ölkələrdən olan həmkarları ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra edir, beynəlxalq təcrübəni öyrənirlər. Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Sözügedən layihə çərçivəsində müəllimlər təhsil müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları səmərəli yolla əldə etməyi öyrənir, müxtəlif təlim və kurslarda iştirak edirlər. Sözsuz ki, bu imkanların tətbiqi və istifadəsində Azərbaycan Təhsil Şəbəkəsinə çıxışın olması mühüm rol oynayır.



GEANT şəbəkəsi elmi-tədqiqat işlərinin aparılmasında ali məktəblər üçün qabaqcıl texniki və intellektual imkanlar



Azərbaycan Təhsil Şəbəkəsi milli təhsil sistemi üçün nəinki texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir. Şəbəkənin potensialı bu gün orta ümumtəhsil məktəbləri ilə yanaşı, respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır.



Belə ki, ölkə üzrə ali təhsil verən bütün müəssisələr Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən GEANT beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.



GEANT - Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları (IT) şəbəkələri səviyyəsində özündə birləşdirən ümumavropa elektron elm və təhsil şəbəkəsidir. Hazırda dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat müəssisəsini və orada çalışan 50 milyondan çox istifadəçini əhatə edir. GEANT-ın əsas şəbəkəsinin maksimal fəaliyyət gücü 500 Gigabit/saniyəyədək təşkil edir. Gündəlik olaraq GEANT-ın şəbəkələri üzərindən 1000 terabaytdan artıq məlumat ötürülür.



GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır. GEANT şəbəkəsinin texniki olaraq üzərinə götürdüyü başlıca vəzifə elmi araşdırmaların aparılması üçün İKT infrastrukturunun və resurslarının təmin edilməsindən ibarətdir. Bu, o deməkdir ki, vahid GEANT şəbəkəsinə daxil olan bütün elmi-tədqiqat və akademik təhsil müəssisələri bir-birinin elmi nailiyyətləri və nəticələri ilə tanış ola və onlardan yararlana bilərlər.

Oxşar xəbərlər


Bütün xəbərlər

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD