Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

Təhsilimizin 20 ili: Maaşlar artırılıb, məktəblər yenilənib - Yeni hədəflər nələrdir?

Təhsilimizin 20 ili: Maaşlar artırılıb, məktəblər yenilənib - Yeni hədəflər nələrdir?

Azərbaycanda son 20 ildə elm və təhsil sahəsində ciddi irəliləyişlər əldə edilib. Bu müddət ərzində təhsil sahəsinin infrastrukturu müasirləşdirilib, insan kapitalı inkişaf etdirilib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılıb, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırılıb.

Prezident İlham Əliyevin seçki platformasında 2024-2031-ci illərdə təhsil sahəsində bir çox hədəflərə nail olunması qarşıya məqsəd qoyulub.

Bu müddət ərzində bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması, ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi, təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi hədəflənir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyir ki, 20 il ərzində təhsilin inkişafına nail olmaq üçün bir çox qərarlar qəbul edilib:

“Bu gün Azərbaycan təhsili sürətlə inkişaf edir. Bu özünü ölkəmizdə yeni məktəblərin açılmasında, universitetlərin yaradılmasında göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz bir neçə ildən sonra Azərbaycanın təhsilinin daha da inkişaf etdiyinin şahidi olacağıq. Təhsil sahəsində son illər ən önəmli məsələlərdən biri çox sayda məktəblərin təmir olunması, yenidən inşa edilməsidir. Söhbət yüzlərlə məktəbdən, uşaq bağçalarından gedir. Təhsil müəssisələrinin dövlət büdcəsi, Heydər Əliyev Fondu hesabına maddi-texniki bazası daha da gücləndirilir, ən yüksək formada bərpa olunur. Son dövrlər Azərbaycanda yeni universitetlər də yaradılıb. Əksər universitetlər ən yüksək formada təmir olunub. Bu dövrdə yaradılan ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Müasir Təhsil Kompleksi kimi Azərbaycan təhsilinə çox böyük töhfələr verir. Şuşada qısa vaxt ərzində tikilən məktəb onu göstərir ki, işğaldan azad edilən ərazilərdə də təhsilə ciddi önəm verilir”.

Ceyhun Məmmədov son illərdə müəllimlərin maaşlarının artırılmasının vacib məqam olduğunu vurğulayıb:

“Müəllimlərin maaşlarında ciddi artımlar müşahidə olunur. Ötən illərlə müqayisədə bu gün Azərbaycan müəlliminin maaşı xeyli artıb. Təhsil sahəsində mühüm fərman, sərəncamlar icra olunub. Son dövrlər bir çox universitlərin rəhbərlikləri dəyişdirilərək, yeni rəhbərlər təyin edilib. Düşünürəm ki, cənab Prezidentin ən uzaqgörən addımlarından biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılması oldu.

Bununla yanaşı, regionlarda peşə məktəblərinin inkişafı da önəmli addım hesab edilir. Azərbaycan cəmiyyəti təhsil ilə bağlı məsələlərə hər zaman həssas yanaşıb. Bu gün cəmiyyətimizdə təhsildə baş verən dəyişikliklərlə bağlı geniş müzakirələr aparılır. Atılan addımlar da dövlətin bu məsələyə diqqət və qayğısının göstəricisidir”.

Milli Məclisin deputatı Anar İsgəndərov isə deyir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“Ulu Öndər Heydər Əliyev hər zaman təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli Liderimizin rəhbərliyi altında hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyi dövrdə hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilirdi. Bu gənclər ən müasir təhsilə nail olub, ixtisas qazanaraq, böyük əksəriyyəti Azərbaycana qayıdırdı.

Prezident İlham Əliyevin rəhbərliyi altında da təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün Azərbaycanda təhsilin inkişafı ilə bağlı xeyli sayda dövlət proqramı icra olunmaqdadır. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinə tələbə göndərir. Azərbaycanın təhsilin inkişafı ilə bağlı qəbul edilən qanunlar da onu göstərir ki, 20 il ərzində elm və təhsildə dövlətin kifayət qədər uğurları olub. Təhsilin inkişafı, bu uğurların əldə olunması üçün dövlət baçısı tərəfindən sərəncamlar, fərmanlar verilib”.

Deputat dünən Milli Məclisdə “Ali təhsil haqqında” qanunun növbəti müzakirəsinin keçirilməsindən də danışıb:

“Bu da onu göstərir ki, Azərbaycanda təhsilin inkişafı üçün dövlət səviyyəsində işlər görülür. Azərbaycanın inkişaf etmiş dövlətlərə tələbə mübadiləsi həyata keçirir. Bu gün azərbaycanlı tələbələrin səsi dünyanın müxtəlif elm ocaqlarından gəlir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.

Bir sözlə, 2024-ci ilin fevralın 7-sində növbədənkənar prezident seçkilərində hər bir azərbaycanlı 20 illik hesabata nəzər yetirərək, birmənalı olaraq öz seçimlərini etmiş olacaqlar. Ölkə başçısının hakimiyyəti dövründə Azərbaycanla bağlı etdikləri o qədər çoxdur ki, təkcə Qarabağ savaşında qazandığı qələbə heç bir dövlət başçısının qazandığı qələbə ilə müqayisə oluna bilməz. 44 günlük Vətən müharibəsində düşməni və düşmənin havadarlarını məhv etmək, Azərbaycan xalqını qalib xalqların sırasına çıxartmaq, ancaq İlham Əliyevə nəsib olan bir zirvədir”.

Oxşar xəbərlər

Bütün xəbərlər