Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Tarixdə bu gün - 6 yanvar

Tarixdə bu gün - 6 yanvar

1907-ci il. Azərbaycanın tanınmış aktyoru, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlı (Hacıyev) anadan olub (1907–1980). İ.Dağıstanlı 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933). O, 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Aktyor “Səbuhi”, “Böyük dayaq”, “Qatır Məmməd”, “Qara daşlar”, “Koroğlu”, “Kölgələr sürünür”, “Axşam konserti” və başqa filmlərdə çəkilib.

1938-ci il. İtaliyanın tanınmış kinoaktyoru, estrada müğənnisi, bəstəkar, rejissor Adriano Çelentano anadan olub. Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq dövrdə A.Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb.

1938-ci il. Azərbaycanlı şair Mikayıl Müşfiq (İsmayılzadə) vəfat edib (1908-1938). M.Müşfiq müasir Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynamış nadir istedadlı şairlərdəndir. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. Gənc şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. M.Müşfiq repressiya dövründə 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

1962-ci il. Azərbaycan aktrisası, SSRİ Xalq Artisti Mərziyyə Davudova (1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn M.Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Geniş yaradıcılıq diapazonuna malik olan aktrisanın Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətləri olub. O, “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər filmlərdə çəkilib[/b].

[b]1976-cı il.
Azərbaycanın klassik bəstəkarı, dirijor, librettoçu, Xalq Artisti Əfrasiyab Bədəlbəyli vəfat edib (1907-1976). Sənətkar Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. Ə.Bədəlbəyli ilk milli baletin müəllifidir. O, 33 yaşında yazdığı “Qız qalası” əsəri (1940) ilə musiqi tariximizdə Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik poema və təntənəli marşın müəllifi kimi adını mədəniyyət tariximizə qızıl hərflərlə həkk edib. Ə.Bədəlbəyli bir çox dram tamaşalarına (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.). musiqi bəstələyib.

Oxşar xəbərlər

Bütün xəbərlər