Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

AzMİU-da görüş keçirilib

AzMİU-da görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Britaniya Memarlarının Kral İnstitutunda (Royal Institute of British Architects – RİBA) olub. Rektor RİBA-da institutun təhsil və tədris direktoru Jenny Russel və tərəfdaşlıq meneceri Emanuelle Meunier ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, görüşdə AzMİU-nun memarlıq ixtisasının RİBA-nın növbəti 5 illik akkreditasiyasını əldə etməsi məsələsi müzakirə olunub. Professor Gülçöhrə Məmmədovanın akkreditasiya müraciətini məmnunluqla qarşılayan Jenny Russel universitetin memarlıq ixtisasının bakalavriat səviyyəsi üzrə 5 illik akkreditasiya təcrübəsini, həmçinin tədrisin təkmilləşdirilməsi istiqamətində əldə olunan uğurları əsas gətirərək magistratura səviyyəsi üzrə də RİBA-nın akkreditasiyasından keçməyi təklif edib. Jenny Russelin təklifi məmnunluqla qəbul edilib və AzMİU ilə RİBA arasında əməkdaşlıq üzrə proqram müəyyən edilib.

Proqrama əsasən, AzMİU-nun memarlıq ixtisasının həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə RİBA-nın Akkreditasiya Komissiyası yaradılacaqdır. Akkreditasiya Komissiyasının növbəti il üçün AzMİU-ya iki dəfə səfəri nəzərdə tutulub.

Görüş zamanı, həmçinin memarlıq ali təhsili üzrə Avropa, xüsusilə Böyük Britaniya təcrübəsi, tədrisdə tətbiq olunan yeniliklər, müasir tendensiyalar və bu istiqamətdə kadr hazırlığı prosesinin qarşısında duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, yüksək təhsil səviyyəsi ilə təkcə ölkəmizdə deyil, onun sərhədlərindən uzaqlarda da tanınan AzMİU-nun bakalavriat səviyyəsi üzrə memarlıq ixtisası 2019-cu ildə RİBA-nın 5 illik akkreditasiyasını əldə edib. MDB məkanında RİBA-nın akkreditasiyasından keçən yeganə ali məktəb olan AzMİU bu akkreditasiyadan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda, İspaniya, Fransa, Danimarka, Polşa, Çin, Cənubi Koreyanın memarlıq təhsili verən universitetləri ilə bir sırada dayanır. Akkreditasiya AzMİU-nun tələbələrinə memarlıq ixtisası üzrə yüksək tədris proqramı əsasında təhsil almaq, məzunlarına isə dünya ölkələrində geniş karyera imkanı yaradır.

Oxşar xəbərlər

Bütün xəbərlər