Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

AzMİU-da növbəti beynəlxalq akkreditasiya prosesi yekunlaşdı

AzMİU-da növbəti beynəlxalq akkreditasiya prosesi yekunlaşdı

Son illər ölkəmizdə inşaat sektoru və yol infrastrukturu ilə bağlı həyata keçirilən böyük layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, yeni və müasir standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılması İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı prosesi qarşısında mühüm vəzifələr yaratdı. İnşaat mühəndisliyi üzrə yüz illik ali təhsil ənənəsini özündə birləşdirən Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tərəfindən hər iki ixtisas üzrə istehsalatın tələbləri, beynəlxalq təcrübə, eləcə də potensial imkanlar öyrənilərək inkişaf konsepsiyası hazırlandı.

İnkişaf konsepsiyası üzrə prosesin nəticələrinin təhlili üçün universitet tərəfindən Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinə (İAAR) müraciət edildi və akkreditasiya prosesi həyata keçirildi. İAAR-ın ekspertləri AzMİU-nun İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının keyfiyyəti və beynəlxalq standartlara uyğunluğunu təhlil etdilər.

Proses zamanı tələb olunan göstəricilərdən məlum oldu ki, AzMİU hər iki ixtisas üzrə İAAR-ın kriteriyalarını ödəyir. Bu o deməkdir ki, həmin ixtisaslar üzrə AzMİU-da ali təhsilin səviyyəsi dünyanın qabaqcıl universitetləri ilə rəqabət aparacaq səviyyədədir. Bundan əlavə, ixtisasların beynəlxalq akkreditasiyası İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə məzunlara sərhədsiz iş imkanı da yaradacaq. Belə ki, diplom əlavəsi kimi məzunlara təqdim olunacaq akkreditasiya sənədi beynəlxalq arenada yüksək təhsil sertifikatı kimi qəbul olunur.

AzMİU-da daha bir akkreditasiya prosesi isə nüfuzlu Britaniya Memarlarının Kral İnstitutu (RİBA) tərəfindən həyata keçirildi. RİBA-nın müxtəlif ali təhsil müəssisələri və memarlıq bürolarından olan beynəlxalq ekspertləri Memarlıq fakültəsində tədrisin keyfiyyəti, maddi-texniki baza, professor-müəllim heyəti, təhsil mühiti, bir sözlə memarlıq ali təhsili üzrə zəruri olan bütün istiqamətlərdə təhlillər apardılar və nəticəni müsbət qiymətləndirdilər. Beləliklə, Memarlıq fakültəsi növbəti 5 il müddətinə nüfuzlu RİBA akkreditasiyasını əldə etdi.

Akkreditasiya komissiyası fakültənin beynəlxalq əlaqələrini, tədris metodikasını, müəllim-tələbə əlaqələrini, tədris mühitini və tələbələrin layihələrindən ibarət sərgiləri xüsusilə yüksək qiymətləndirib.

Xatırladaq ki, AzMİU MDB məkanında ilk dəfə 2019-cu ildə 5 il müddətinə RİBA akkreditasiyasından keçib. Dünyada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanır.

Qeyd edək ki, universitetdə digər ixtisaslar üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq akkreditasiyadan keçirilməsi AzMİU-nun strateji hədəfləri arasındadır. Bununla əlaqədar olaraq universitetin müvafiq struktur-bölmələri tərəfindən aktiv iş aparılır.

Oxşar xəbərlər

Bütün xəbərlər