Xəbər lentiwidget-title-icon

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb
Qobustan məktəbində ingilis dili gecəsi maraqla qarşılandı
Psixoloqdan valideynlərə üç vacib məsləhət
"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür

LDU-da Ulu Öndərin 100 illiyinə həsr edilmiş elmi sessiya keçirilib - FOTO

LDU-da Ulu Öndərin 100 illiyinə həsr edilmiş elmi sessiya keçirilib - FOTO

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkil etdiyi səyyar elmi sessiyanı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri, professor Mikayıl Məhərrəmov açıb. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın bütün sahələr üzrə inkişafında misilsiz xidmətlərindən söz açan professor M.Məhərrəmov Ümummilli Liderin ölkə elminin tərəqqisindəki rolunu da xüsusi dəyərləndirib, bu xəttin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Elmi sessiyada AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev “Heydər Əliyev və Azərbaycanda subtropik bitkiçiliyi” məruzəsində Ümummilli Liderin rəhbərliyi dövründə subtropik bitkiçiliyinin, çayçılığın dinamik inkişafını və əldə edilmiş nailiyyətləri, müstəqillik dövründə bu sahənin yenidən canlandırılması üçün Ulu Öndər və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələr komplekti”, Geologiya və Geofizika İnstitutunun Geoekologiya və Hidrogeologiya şöbəsinin müdiri, professor Vaqif Məmmədov “Azərbaycanın su hövzələrinin ekologiyası: gələcəyə baxış”, Sözügedən institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli “Yer elmlərinin populyarlaşdırılmasında (təbliğində) elmi jurnalistikanın rolu”, LDU-nun Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dos. Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda təbii şəraitin əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsinə təsiri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı rolu, bu sahədəki çoxşaxəli fəaliyyəti, Azərbaycanda sitrus meyvəçiliyin və çayçılığın inkişafı istiqamətində görülən işlər, Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələrin tərtibi, yaxın zamanlarda dünyanı gözləyən içməli su problemi və onun həlli yolları, Azərbaycan elminin təbliği məqsədilə elm adamlarının və jurnalistlərin birgə faəliyyətinin vacibliyi və s. barədə ətraflı söz açılıb, təqdim edilən mövzuların slaydlar və diaqramlarla elmi təhlili verilib.

Elmi sessiyanın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, Geologiya və Geofizika İnstitutunun elmi nəşrləri LDU-nun Elmi kitabxanasına hədiyyə edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər