Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

Geologiya və Geofizika İnstitutu illik hesabatını təqdim edib - FOTO

Geologiya və Geofizika İnstitutu illik hesabatını təqdim edib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin Elmi şuralarının birgə iclasında Geologiya və Geofizika İnstitutunun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı dinlənilib.

Bu barədə "tehsilmedia.info" a AMEA-dan bildirilib.

AMEA Yer Elmləri Bölməsi Elmi Şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Geologiya və Geofizika İnstitutunun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

D.Hüseynov bildirib ki, institut əməkdaşları elmi fəaliyyətlərini Azərbaycan Respublikasında “Heydər Əliyev İli” leytmotivi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Tədbirlər Planı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” istiqamətində həyata keçiriblər.

2023-cü ildə Geologiya və Geofizika İnstitutunda elmi-tematik plan üzrə tədqiqatlar 10 mövzunu və 10 elmi-tədqiqat işini əhatə etməklə, 5 problem üzrə aparılmış, 2 elmi-tədqiqat işi başa çatdırılıb.

Hesabat ilində elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 3 mühüm elmi nəticə alınıb:

1. İlk dəfə olaraq kompleks mineraloji və geokimyəvi tədqiqatlar əsasında Azərbaycanın eosen yaşlı yanar şistlərinin əmələgəlmə şəraiti, şist neftinin yüksək potensiallığı və perspektivli sahələri (Mərkəzi Qobustanda) müəyyən edilib (g.-m.e.d., prof. Adil Əliyev, g.-m.ü.f.d. Orxan Abbasov).

2. Uzun illər GPS monitorinq ölçmələrinin, peyk qravitasiya və aeromaqnit məlumatlarının təhlilinin nəticələrinə əsasən saat əqrəbinin əks istiqamətində fırlanan nəhəng kvazi halqavari mantiya strukturunun təsiri ilə Nubiya, Sinay, Ərəbistan və Anadolu plitələrinin ərazilərini əhatə edən geniş ultra yüksək gərginlik sahəsi müəyyən edilib (akademik Fəxrəddin Qədirov - GGİ, prof. Lev Eppelbaum - Tel-Əviv Universiteti).

3. Zəlzələlərin maksimum mümkün maqnitudasının qiymətləndirilməsinin riyazi təhlilinə, titrəyişlərin intensivliyinin zəifləməsi qanununa və seysmikliyin tektonik meyarlarına əsasən, güclü zəlzələlərin ehtimal ocaqlarının diferensiallaşdırılmış ərazilərinin xəritələnməsinin inteqrə metodu işlənilib (Talış zonası timsalında) (y.e.e.d. Qulam Babayev).

Məruzəçi sonra beynəlxalq əlaqələr, beynəlxalq laboratoriyalar, bağlanmış memorandum və müqavilələr, yeni qrant layihələrinin hazırlanması, çöl-tədqiqat işləri istiqamətində görülmüş işlərdən ətraflı məlumat verib. Elm və təhsilin inteqrasiyasının daim diqqətdə saxlandığını diqqətə çatdıran məruzəçi bildirib ki, İnstitutda 2023-cü ilin yanvar ayına kimi fəlsəfə doktoru proqramı üzrə 12 doktorant əyani təhsil alıb, onlardan 11 nəfər Geologiya və Geofizika İnstitutunun əməkdaşıdır. Deyilən müddətdə elmlər doktoru proqramı üzrə 12, fəlsəfə doktoru proqramı üzrə isə 4 nəfər dissertant hazırlıq keçib. Onlardan 10 nəfər (7 elmlər doktoru, 3 fəlsəfə doktoru proqramı üzrə) Geologiya və Geofizika İnstitutunun əməkdaşıdır. Geologiya və Geofizika İnstitutunda magistranların təhsil prosesinə 10 tədris fənni üzrə 10 professor-müəllim heyəti cəlb edilib. Hesabat ilində “Petrologiya” ixtisaslaşması üzrə 3 gənc əməkdaş magistr dissertasiya işini müdafiə edib.

D.Hüseynov hesabat məruzəsində kadr hazırlığı, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti, cihazlar və avadanlıqlar, elektron elmin vəziyyəti, nəşriyyat işləri, elmin populyarlaşdırılmasının təşkili, gənclərin elmi maarifləndirilməsində lektoriyaların tətbiqi, qrantlar, konfranslar, sessiyalar, seminarlar, “Heydər Əliyev və Azərbaycan neft strategiyasi: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfrans və görülmüş digər işlər barədə ətraflı məlumat təqdim edib.

Daha sonra AR İclasda Bakı Dövlət Universitetindən akademik Vasif Babazadə, vitse-prezident İbrahim Quliyev, “AzerGold” QSC-dən müşavir Şahbəddin Musayev, Azərbaycan Respublikasının Kosmik Agentliyindən şöbə rəhbəri Aqil Əhmədov, GGİ-nin şöbə rəhbəri akademik Əkpər Feyzullayev və b. çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.Elm və Təhsil Nazirliyi Təbiət Tarixi Muzeyinin (TTM) 2023-cü ildəki fəaliyyətinin nəticələri haqqında Muzeyin direktoru b.ü.f.d. Tariel Eybatovun hesabatı dinlənilib.

Muzeyin əsas fəaliyyəti istiqamətləri olan paleontologiya, arxegeologiya, arxezoologiya, ekologiya və morfologiya, paleogenetika, botanika sahələri üzrə görülən tədqiqat işləri haqqında məlumat verib, həmçinin təhsil-maarifçilik və Muzey kolleksiyalarının zənginləşdirilməsi barədə informasiya təqdim edib. Məruzəçi Muzeyin ziyarətçiləri və ekskursiyalar barədə rəqəmlər də səsləndirib: 1 il ərzində ziyarətçilərin sayı 9758 nəfər (ölkənin təhsil ocaqlarından 1958 gənc, fərdi gələnlər 2884 nəfər, əcnəbilərin sayı 65 nəfər) olub. 65 ekskursiya təşkil edilib.

Müzakirə və çıxışlardan sonra Geologiya və Geofizika İnstitutunun 2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti, həmçinin Təbiət Tarixi Muzeyinin 2023-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat yekdilliklə qəbul edilib.

Geologiya və Geofizika İnstitutu illik hesabatını təqdim edib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər