Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Biofizika İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib - FOTO

Biofizika İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib - FOTO

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasında sözügedən müəssisənin 2023-cü il üzrə illik hesabat iclası keçirilib.

Bu barədə "tehsilmedia.info" a institutdan məlumat verilib.

İclasda institutun rəhbərliyi, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər.

İclası giriş sözü ilə açan Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbir iştirakçılarını salamlayıb və hesabatı təqdim etmək üçün sözü institutun icraçı direktoru, b.e.d. Kərim Qasımova verib.

Hesabat məruzəsi ilə çıxış edən K.Qasımov cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin və AMEA-nın qərar və sərəncamlarının, digər tapşırıqların icrası ilə əlaqədar irəli gələn vəzifələr yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib.

Bildirib ki, 2023-cü ildə institutda “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində 1 problem, 2 mövzu, 5 iş üzrə elmi-tədqiqat işi aparılıb. Cari ildə institutun elmi işçilərin 7-i xaricdə olmaqla 19 məqaləsi, 2-si xaricdə olmaqla 11 tezisi və “Selenium and Human Health” adlı kitabın 7-ci fəsli - “Increased Morbidity and Its Possible Link to Impaired Selenium Status” çapdan çıxıb. Məqalələrin 7-i yüksək impakt faktorlu “Web of Science” və “Scopus” bazalarında indeksləşən beynəlxalq jurnallarda dərc edilib. 2023-cü ildə alimlərimizin nəşrlərinə 242 istinad olunub. Eyni zamanda Türkiyə, ABŞ, İtaliya, Pakistan, İsveçrə, Belarus və Fransadan olan həmkarlarla əməkdaşlıq əlaqələri uğurla davam etdirilərək beynəlxalq səviyyəli tədqiqatlar aparılıb.

Biofizika İnstitutunda hesabat ilində 3 mühüm nəticə təqdim edilmişdir. Mühüm nəticələrdən söz açan alim nəzərə çatdırıb ki, Biofizika İnstitutu Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin alimlərilə aparılan birgə tədqiqatlar nəticəsində xərçəng hüceyrələrində TEMPO spin zondunun paylanmasından istifadə edərək, xərçəng xəstələrində fərdiləşdirilmiş kimyaterapiya üçün effektiv strategiyanın (hipertermiya və/və ya qələviləşmə) seçilməsində dəyərli bir vasitə olduğunu qeyd edib. Bu mühüm nəticə, 2.202 impakt faktoru olan Acta Naturae jurlanında dərc edilib.

Məruzəçi ikinci mühüm nəticə, Biofizika İnstitutunun və Fransanın Monpelye Universitetinin birgə doktorantı Zərifə Osmanlı və həmin universitetin mütəxəssisləri ilə birgə tədqiqatlar nəticəsində alınmış, müxtəlif orqanizmlərə mənsub zülallarda EAR-ların (exposed aggregation-prone regions) lokalizasiyası arasında statistik cəhətdən etibarlı korrelyasiyanın olduğunu dedi. O, həmçinin, EAR-ların zülalların uzunluğu, hüceyrə lokalizasiyası, qısa xətti motifləri və ekspressiya səviyyəsindən asılılığının aşkar olunduğunu vurğuladı. Bu nəticə impakt faktoru 13.994 olan “Briefings in Bioinformatics” jurnalında çap olunub.

K.Qasımov qeyd edib ki, üçüncü mühüm nəticə Biofizika İnstitutunun, Genetik Ehtiyatlar İnstitutunun, Azərbaycan Tibb Universitetinin və Almaniyanın Heydelberq Universitetinin mütəxəssilərinin birgə tədqiqatları nəticəsində yoğun bağırsaq xərçənginin diaqnostikası və müalicəsi yolunun selektivliyi ilə bağlıdır. Bu nəticə impakt faktoru 4.757 olan “Biomedicines” jurnalında çap olunub.

Məruzəçi, həmçinin İnstitutda yüksəkixtisaslı elmi kadrlarının hazırlanması, məktəblillər arasında elmin təbliği və istedadlı gənclərin elmə cəlb olunması istiqamətində atılan məqsədyönlü addımlardan, institutun elmi işçilərinin konsfranslarda, seminarlarda və digər tədbirlərdə iştirakından, kütləvi informasiya vasitələrində nümayiş etdirdikləri elmi-populyar fəaliyyətindən bəhs edib.

Sonda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Mətanət Baxışova 2023-cü il üzrə illik GAMŞ-ın hesabatı haqqında geniş məlumat verib. O, çıxışında bildirib ki, 2023-cü il institutun gənc alimləri üçün uğurlu keçib. Gənc elm adamları, keçirilən bir sıra konfrans və tədbirlərdə, elm festivallarında yaxından iştirak ediblər.

Hesabatlar dinləndikdən sonra müzakirəyə çıxarılıb və səsvermə keçirilərək Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Biofizika İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib - FOTO

Biofizika İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib - FOTO

Biofizika İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər