Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar növbəti Elmi-praktiki konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, universitetdən AzEdu.az-a bildirilib ki, “Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır” mövzusunda keçirilən konfrans işinə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
LDU-nun rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov giriş nitqində universitetin rektoru, prof. Natiq İbrahimovun adından iştirakçıları salamlayıb, universitet rəsmisinin konfransın işinə uğurlar arzuladığını diqqətə çatdırıb. Prof. M.Məhərrəmov Ulu öndər H.Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi gücünün artmasında göstərdiyi misilsiz xidmətlərindən söz açaraq bildirib ki, Lənkəran Dövlət Universitetində Ümummilli liderin 100 illik yubileyi ilə bağlı keçirilən konfranslardan birinin məhz iqtisadi mövzuya həsr edilməsi təsadüfi deyil, ulu öndərin bu sahəyə olan böyük diqqətinin və bu istiqamətdə apardığı çoxşaxəli fəaliyyəti ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xaos və anarxiyadan, dərin sosial-iqtisadi böhrandan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik inkişaf yoluna çıxardığını deyən prof. M.Məhərrəmov ümummilli liderin siyasi və iqtisadi kursunun onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Elmi-praktiki konfransda “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva “Heydər Əliyev Azərbaycan Milli iqtisadi inkişaf modelinin müəllifi kimi” mövzusunda geniş məruzə edib. Məruzədə qeyd edilib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplərə söykənib. Bu prinsiplər ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olub. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması, iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması, yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu, ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi, iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması, iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi təşkil edib.
Məruzə ətrafında “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri dos. Aytəkin Əfəndiyeva, “Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri dos. Əlixan Bədəlov çıxış ediblər. Çıxışlarda bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası həyata keçirilib, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları dəfələrlə artıb və ondan səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, təhsil və digər sosial sahələrin inkişafı davam etdirilib, əhalinin rifahı davamlı olaraq yaxşılaşdırılıb.
Plenar iclasdan sonra Elmi- praktiki konfrans işini bölmələrdə davam etdirir. “Davamlı inkişaf və iqtisadi artım” , Heydər Əliyevin iqtisadi inkişaf modelində maliyyə sektorunun nailiyyətləri və strateji hədəfləri” adlı bölmələrdə LDU ilə yanaşı ölkənin digər ali təhsil ocaqlarının magistr və doktorantlarının, müəllimlərinin 80-nə yaxın tezisi dinləniləcək.

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

Oxşar xəbərlər

Bütün xəbərlər