BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakı Slavyan Universitetinin (BSU) tədris binalarının və yataqxanasının cari təmir işləri görüləcək.
İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, ali təhsil müəssisəsi bununla əlaqədar hazırlıq işlərini yekunlaşdırıb.
Belə ki, təmir işlərini “Leqo group” şirkəti həyata keçirəcək.
Bu işlərə 1 433 910 manat vəsait sərf ediləcək.



























