NDU məzunu Türkiyənin nüfuzlu universitetində magistr təhsili almaq hüququ qazandı

Naxçıvan Dövlət Universitetinin biologiya ixtisası üzrə məzunu Xanım Mirzəzadə Türkiyənin nüfuzlu universitetində magistr təhsili almaq hüququ qazanıb.
Bu barədə "tehsilmedia.info"a NDU-dan bildirilib.
Qeyd olunub ki, X.Mirzəzadə İstanbul Universitetinin biotexnologiya ixtisasının magistratura səviyyəsinə qəbul olub.



























