Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

NDU-da dövlət proqramından irəli gələn vəzifələr diqqət mərkəzində

NDU-da dövlət proqramından irəli gələn vəzifələr diqqət mərkəzində

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət Proqramı bütün istiqamətlər kimi təhsil sahəsində də daha təkmil inkişaf mərhələsinin əsaslarının müəyyən olunması ilə aktuallıq kəsb edir.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 5 iyun 2023-cü il tarixində imzalanmış Sərəncamla təsdiq olunan Dövlət Proqramında, qarşıdakı dövrlər üzrə 11 əsas prioritet üzrə tədbirlər müəyyən olunub ki, bunlardan biri də, “İnsan kapitalının inkişafı” ilə bağlı olan prioritetdir. Həmin prioritetdə nəzərdə tutulur ki, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcəkdir.

Artıq dördüncü ildir ki, Naxçıvan Dövlət Universitetində səmərəli, faydalı və məhsuldar ixtisaslaşma mühiti mövcuddur. Bu isə, imkan verir ki, universitetimiz xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıqlarda uğurla təmsil olunsun.

Qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil müəssisələrində, Avstriyanın ən prestijli kənd təsərrüfatı araşdırma mərkəzində, Yaponiya Asiya Universitetlərinin Sammitində təmsil olunmaq, hər birində, ölkəmizin uzunmüddətli elm və təhsil sahələri üzrə tədbirlərinə töhfə olacaq nəticələr əldə etmək, məhz Naxçıvan Dövlət Universitetinin geridə qalan dörd il ərzində uğurlarının sadəcə olaraq bir qismini təşkil edir. İkili diplom layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mobilliyinin nəzərə alınması, qarşılıqlı elmi araşdırma fəaliyyətinin təmin olunması, Texnopark quruculuğu proseslərində müvafiq ali məktəblərin təcrübələrindən yararlanmaq da məhz ali məktəbimizin daha mütərəqqi nailiyyətlərini ifadə etməkdədir.

NDU-nun beynəlxalq əməkdaşlıqlarında bundan sonrakı mərhələlərdə Polşa Respublikasının Jeşuv Universitetinin də adını görə biləcəyik. Rektor Elbrus İsayevin rəhbərliyi ilə nümayəndə heyətinin həmin ali məktəbə səfəri zamanı qarşılıqlı əməkdaşlıqlar barəsində razılaşmalar əldə olunub, Jeşuv Universitetinin rektoru, professor Sylwester Czopek və heyəti ilə görüş zamanı bir sıra əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən universitetimizdə inşa olunan Texnoparkın səmərəli fəaliyyətinin təmin olunması məsələlərinə də diqqət göstərilib, Jeşuv Universitetinin Texnopark, Nanotexnologiya və Biotexnologiya mərkəzləri ilə tanışlıq olub. Eyni zamanda, qarşılıqlı əməkdaşlıqlar nəticəsində bir sıra məsələlələr barədə razılığa gəlinib.

NDU-da son 4 ilə yaxın müddət ərzində yaradılmış olan ixtisaslaşma mühiti, malik olduğu etibarlılıqla hər bir tələbənin bir mütəxəssis olaraq formalaşmasına və gələcəyə ünvanlanan səsinin eşidilməsinə hesablanıb. Burada, sosial sferalarla yanaşı, eyni zamanda, beynəlxalq əməkdaşlıqların daha da geniş əhatədə təşkilatlanmasına aid olan proseslər də aktuallığı ilə seçilir.

NDU ölkəmizin ali təhsil şəbəkəsinin əhatə dairəsinin şaxələnməsində, daha modern tədris vasitələrindən yararlanma sahəsində və yeni layihələrin həyata keçirilməsi proseslərində dövlət tənzimlənməsinin olduqca çevik və səmərəli daşıyıcısı olub və hazırda da həmin proseslər uğurla davam edir.

Zəruri tənzimləmə vasitələrindən biri olaraq, müvafiq Dövlət Proqramına əsasən, Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkil olunması məsələləri nəzərdə tutulur. Bu məqsədlə, Naxçıvan Dövlət Universitetinin rektorunun başçılığı ilə nümayəndə heyəti Polşa və Macarıstan dövlətlərində səfərdə olub, həmin ölkələrin ali təhsil müəssisələrində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Artıq, Macarıstan dövlətinin Con Fon Neyman Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulması qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin hədəflərini daha da əlçatan etmiş olacaq. Bundan sonrakı mərhələlərdə Naxçıvan Dövlət Universiteti ilə Con Fon Neyman Universiteti arasında əldə olunan anlaşmalara əsasən bir çox sahələr üzrə qarşılıqlı işbirlikləri mümkün olacaq.

Müvafiq Dövlət Proqramının Naxçıvan Dövlət Universitetinin davamlı inkişafı sahəsində yaratmış olduğu imkan və zəminlər olduqca geniş və perspektivlidir. Həmin Dövlət Proqramında müəyyən olunan tədbirlərin icra olunması məqsədilə Macarıstan dövlətinin Metropolitan Universitetində olan nümayəndə heyətimiz, burada da, çağdaş Azərbaycan elminin yeni keyfiyyət mərhələsində əhəmiyyətli nəticələri olacaq razılaşmalar əldə edib.

Macarıstana səfəri çərçivəsində bu ölkənin ikinci ən nüfuzlu Universiteti olan Korvinius Universitetində əməkdaşlıq sahəsində müzakirələrdə olmaq daha mühüm nəticələr verəcəkdir.

Beləliklə, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının uzunmüddətli elm və təhsil proseslərinin məhsuldar nəticələrinin əldə olunması sahəsində fəaliyyətini daha böyük uğurlarla davam etdirməkdədir. Bu sahədə, maddi-texniki təsisatların gücləndirilməsi, modern təhsil imkanlarının yaradılması və beynəlxalq əməkdaşlıqların daha da şaxələnməsi məsələləri əhəmiyyətli nəticələrinə görə seçilir. Qarşıdakı tədris illərində bu tədbirlərin uğurlu nəticələrini görməkdən çox məmnun olacağıq.

Cavadxan QASIMOV,

NDU-nun dosenti, iqtisad üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər

Bütün xəbərlər