Xəbər lentiwidget-title-icon

Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 26-27-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində “Əlyazmalar kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələri kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.

Bu barədə "tehsilmedia.info"a institutdan məlumat verilib.

Bildirilib ki, institutun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, mədəniyyətşünaslıq, fəlsəfə və teologiya bölmələri üzrə məruzələr dinləniləcək.

Konfrans “Yazılı materiallarda Azərbaycan -Türkiyə elmi-mədəni əlaqələri”, “Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində”, “Türk xalqlarının yazılı folklor abidələri”, “Türkologiyanın aktual problemləri və ədəbi dil məsələləri”, “Türk xalqları tarixi əlyazma kontekstində”, “Türkdilli əlyazmalarda fəlsəfə, teologiya və mədəniyyət məsələləri” mövzularını əhatə edir. Konfrans iştirakçıları Azərbaycan, türk və ingilis dillərində məruzə edə bilər. Konfransda iştirak əyani və onlayn (xaricdən qoşulanlar üçün) şəkildə mümkündür. Konfrans materiallarının toplu halında nəşri nəzərdə tutulur.

Konfransda iştirakla bağlı məlumat və xülasə Azərbaycan və ya Türkiyə türkcəsində açar sözlərlə birgə sentyabrın 6-dək cumhuriyetkonfrans@gmail.com ünvanına göndərilməlidir. Azərbaycan dilində təqdim olunan məruzə mətnlərinə ingilis, digər dillərdə tərtib edilən mətnlərə isə Azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Xülasəsi müsbət rəy alan şəxslər sentyabrın 20-dən 30-dək məruzələrinin tam mətnini cumhuriyetkonfrans@gmail.com ünvanına göndərməlidirlər.

Qeyd: Təşkilat komitəsi xülasələrin seçilməsi, məruzənin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən) və geri qaytarılması hüququna malikdir.

Oxşar xəbərlər

Bütün xəbərlər