BDU Elmi Şurasının növbəti iclası keçirilib

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.
BDU-dan "tehsilmedia.info"a bildirilib ki, şuranın sədri, rektor Elçin Babayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Hüquq fakültəsinin dekanı Zaur Əliyevin 2022-ci il üzrə hesabatı dinlənilib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Sonda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib.



























