Xəbər lentiwidget-title-icon

Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat

ATU ilə Tümen Dövlət Tibb Universiteti arasında memorandum imzalanıb

ATU ilə Tümen Dövlət Tibb Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Tibb Universitetində (ATU) Tümen Dövlət Tibb Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, hər iki universitetin rəhbər şəxsləri arasındakı görüş zamanı ali təhsil müəssisələri arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

Tümen Dövlət Tibb Universitetinin rektoru İvan Petrov təmsil etdiyi ali məktəbin 500-dən çox əməkdaşının, 200-dən artıq əcnəbi tələbəsinin olduğunu vurğulayıb. Bu universitetin nəzdində elmi araşdırma institutları, klinikaların fəaliyyət göstərdiyini vurğulayıb. İ.Petrov Azərbaycan Tibb Universiteti ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu baxımdan imzalanan memorandumun önəmli olduğunu bildirib.

ATU rektoru professor Gəray Gəraybəyli öz növbəsində qonaqlara universitetin tarixi, fəaliyyəti, son illər ərzində icra olunan innovativ layihələr, əldə olunan nailiyyətlər barədə məlumat verib. Hazırda ATU-da 3 minə yaxın əcnəbi tələbənin təhsil aldığını bildirən rektor G.Gəraybəyli Universitet üçün beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq qonaqlarla mümkün əməkdaşlıq istiqamətlərindən danışıb və bunun hər iki tərəf üçün faydalı ola biləcəyini nəzərə çatdırıb.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Görüşdə Rusiya Elmlər Akademiyasının akademiki, professor Andrey Vajenin, Tümen Dövlət Tibb Universitetinin kafedra rəhbəri Rasim Tamrazov iştirak ediblər. Qonaqlar yeni memorandumun qarşılıqlı əlaqələrin genişlənməsinə və birgə uğurlu layihələrin reallaşması işinə töhfə verəcəyindən əmin olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər