Kəlbəcər məktəbinin tək məzunu tələbə oldu
İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən ilk təhsil müəssisəsi olan Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və tək məzunu Atakişiyeva Nəzrin Seyfəddin qızı tələbə adını qazanıb.
Tehsilmedia.com xəbər verir ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
Beləliklə, Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəbin ilk məzunu ali məktəbə qəbul olaraq tələbə adını qazanıb.





























