Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən GEDİR?
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
Sentyabrda buraxılış imtahanı olacaq

Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA



Universitetlərə ixtisas seçimi başa çatıb. İndi isə abituriyent və valideynləri ən çox maraqlandıran məsələlərdən biri keçid ballarının necə dəyişəcəyi ilə bağlıdır.

Bəs bu il ixtisas qruplarında vəziyyət necə dəyişə bilər?

Tehsilmedia.com bildirir ki, təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, I ixtisas qruplarında riyaziyyat-informatika alt qrupunda balların azalacağı müşahidə olunacaq:

"Riyaziyyat-informatika alt qrupunda haradasa 20 bal ətrafında balların azalması gözlənilir. Bu, xüsusilə də 400 baldan yuxarıya doğru getdikcə özünü göstərəcək. Xüsusilə də 400 balda, misal üçün, stabil olacaq, 450 balda haradasa 5 bal, 450-500 bal arasında 10-20 bal, hətta bəzi ixtisaslarda bu 20-25 bal da ola bilər. Standart olaraq 20 bal ətrafında belə azalma müşahidə olunacaq. Orta ballar stabil görünür, haradasa 400 bal, 400-450 bal hardasa stabil görünür. Bəli, 300 bal və 400 bal arasında, 350-dən aşağısında artıq yavaş-yavaş balların artması müşahidə olunacaq. Xüsusilə də dövlət universitetlərində balların artması müşahidə oluna bilər. Bu, hesab edirəm ki, çox böyük bir rəqəm deyil. Yəni qeyd etdiyiniz kimi, 50 bal deyil, artım hardasa 20 bala qədər müşahidə oluna bilər. Bəzi ixtisaslarda bu, 30 bal ətrafında da dəyişə bilər.

I qrup riyaziyyat-kimya alt qrupunda eyni şəkildə yuxarı ballarda ballar düşəcək, orta ballar stabil, keçən ilki ilə eyni şəkildə, aşağı ballarda da balların getdikcə, üzü aşağıya getdikcə artması gözlənilir. Ümumi olaraq, əsasən də hər il riyaziyyat-kimya alt qrupunda bəlkə də minlərlə boş yer qalırdısa, artıq həmin minlərlə qalan boş yerlərin demək olar ki, yarısı dolmuş olacaq. Bunları da Dövlət İmtahan Mərkəzinin son günlərdə 150 ballıq ixtisasların sayını artırması ilə əlaqələndirirəm. Çünki 150 ballıqların sayının artırılması həmin ixtisasların artıq boş qalmamasına gətirib çıxaracaq. Bu da haradasa keçən il 4000 ətrafında boş yer qalırdısa, bu il o minimuma enəcək, haradasa yarısı, demək olar ki, dolmuş ola bilər".

Onun sözlərinə görə, II ixtisas qruplarında yuxarı ballarda balların düşüşü müşahidə olunacaq:



"Haradasa 10-15 bal ətrafında ballar düşəcək. Orta ballar stabil görünür. Aşağı ballarda da balların çox ciddi olmamaq şərti ilə azacıq qalxması, bir 10 bal ətrafında qalxması aşağıya getdikcə müşahidə oluna bilər. O da haradasa belə deyək, özəl universitetlərdə ehtimal oluna bilər. Yaxud da keçən il, misal üçün, 250-260 bal olan ixtisaslarda bu il 10-15 bal ətrafında qalxım müşahidə oluna bilər. Amma orta ballar stabil olaraq, misal üçün, 350 ballar stabil olaraq qalacaq.

II ixtisas qruplarında rus bölməsində vəziyyət çox, çox gərgindir. Yuxarı ballarda yenə də o qədər də problem yoxdur, aşağı ballarda ciddi artım müşahidə olunur. Haradasa 30 bala qədər bu gəlib çıxa bilər.

III ixtisas qrupunda eyni şəkildə demişdim, əvvəllərdə hüquqda ballar düşəcək. Bəli, ballar düşəcək, haradasa 10 bal ətrafında hüquq ixtisası üzrə balların düşəcəyi ehtimal olunur. Yuxarı ballarda yenə də eyni şəkildə azalma müşahidə olunacaq, amma aşağı ballarda III qrupda ciddi artım müşahidə olunacaq. Xüsusilə də rus bölməsində. Rus bölməsində demək olar ki, haradasa ixtisasa görə 30-35 bala qədər qalxma müşahidə olunacaq. Bu il rus bölməsində vəziyyətin bir az dəyişiklik olması, əvvəlki illərdə rus bölməsində abituriyentlər birbaşa rus bölməsi ixtisaslarına daha çox müraciət edə bilirdilərsə, yəni rus bölməsi ixtisasları daha çox idisə, bu il isə rus bölməsinə aid olan ixtisasların azalması və Azərbaycan-rus bölməsi ilə birgə ixtisaslara seçim hüququ verilməsi, əlbəttə ki, rus bölməsi abituriyentlərinin vəziyyətini müəyyən qədər çətinləşdirəcək. Çünki Azərbaycan abituriyentlərinin sayının çoxluğu, yüksək balı olanların birbaşa həmin ixtisasları tutması rus bölməsinə müəyyən qədər çətinlik yaradacaq".

Müsahibimiz vurğuladı ki, III ixtisas qrupu TC alt qrupunda vəziyyət daha pisdir:

"TC alt qrupunda haradasa 70 bala qədər qalxma müşahidə oluna bilər. Beynəlxalq münasibətlər ixtisaslarında mən 50 bal ətrafında qalxma müşahidə edirəm. Bununla yanaşı, dövlət universitetlərinin regionşünaslıq ixtisaslarına, misal üçün, Bakı Dövlət, Dillər Universiteti və Slavyan Universitetində haradasa 30-70 bala qədər balların qalxacağı gözlənilir. Yəni qeyri-perspektivli ixtisaslarda, misal üçün, 30, 35-40 bal arası, amma perspektivli ixtisaslarda isə haradasa 70 bala qədər qalxma müşahidə oluna bilər. Misal üçün, Çin regionşünaslıq ixtisasında, regionşünaslıq Almaniya ixtisasında bu artım daha çox müşahidə oluna bilər.

IV ixtisas qruplarında tibb ixtisasında vəziyyət kritik olacaq. Tibb ixtisasında haradasa artma müşahidə olunacaq. 15 bal ətrafında tibb ixtisasında artım müşahidə oluna bilər. Bununla yanaşı, orta ballar yenə stabil olaraq görünür. Çünki orada haradasa biotexnologiya ixtisasının Bakı Mühəndislik Universitetində və Neft və Sənaye Universitetində açılması orta bal, yəni 550 bal ətrafında bal toplayan abituriyentlər üçün əlavə imkanlar formalaşdırdı ki, bu da haradasa 100 yerdən çox yerdir ki, bu yerə də həmin orta balları stabil olaraq saxlayır. Aşağı ballarda o qədər də çox dəyişiklik olmayacaq, haradasa 5-6 bal, bəzi ixtisaslarda 10 bala qədər dəyişiklik ola bilər.

V ixtisas qrupunda xüsusilə də dizayn və idman ixtisaslarında, yəni hansı ki, buraxılış imtahanının əsas amil kimi təsir etdiyi, nəticəyə təsir etdiyi ixtisaslarda azalma müşahidə olunacaq. Çünki buraxılış imtahanının çətin olması birbaşa həmin ixtisaslarda qəbulun buraxılış imtahanı nəticəsinə əsasən aparılması dizayn, idman ixtisaslarında balların azalmasına gətirib çıxara bilər".

Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu