Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Bu qrupda rəqabət pik həddə çatır - Təhsil ekspertindən XƏBƏRDARLIQ



"Cari ildə ikinci ixtisas qrupunda abituriyent sayının artması və üçüncü qrupu üstələməsi, hesab edirəm ki, xüsusilə dövlət sifarişli və populyar ixtisaslarda keçid ballarının nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb ola bilər və böyük ehtimalla belə də olacaq. Təbii ki, bunlar hələlik proqnozlardır. Dövlət İmtahan Mərkəzinin cari il üçün açıqladığı rəsmi statistikaya əsasən, ikinci qrup üzrə imtahanda 28 507 nəfər, üçüncü qrup üzrə isə 28 340 nəfər iştirak edib. Bu isə uzun illərdən sonra ilk dəfə olaraq ikinci qrupun kütləvilik baxımından üçüncü qrupu geridə qoyması deməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, ümumilikdə təhsil analitikası və müsabiqə şərtləri baxımından bu vəziyyətin keçid ballarına təsirini bir neçə fundamental amillə izah etmək olar:"İlk növbədə, plan yerləri və abituriyent sayı arasındakı nisbətə, yəni rəqabətin sıxlığına diqqət yetirmək lazımdır. Ötən tədris ilində ikinci qrup üzrə ümumi plan yerlərinin sayı təxminən 15 minə yaxın idi və bu da abituriyent sayına nisbətdə rəqabəti nisbətən yumşaldırdı. Demək olar ki, müsabiqə şərtini ödəyən hər kəs yerləşə bilirdi. Bu il isə 28 mindən çox iddiaçının olması o deməkdir ki, təxminən 13–14 min abituriyent müsabiqədən kənarda qala bilər. Bu sıxlıq isə birbaşa olaraq minimal keçid ballarının yüksəlməsinə təsir göstərəcək".

Ekspertin sözlərinə görə, digər mühüm məqam isə hansı ixtisaslarda daha ciddi artım müşahidə olunacağı ilə bağlıdır.

"Balların differensiallaşması baxımından yanaşsaq, hesab edirəm ki, ən ciddi yüksəliş top ixtisaslarda qeydə alınacaq. Buraya maliyyə, mühasibatlıq, iqtisadiyyat, menecment, biznesin idarə edilməsi kimi prestijli və xüsusilə ingilisdilli ixtisaslar daxildir. Düşünürəm ki, bu sahələrdə rəqabət pik həddə çatacaq. Dövlət sifarişli, yəni pulsuz yerlərdə keçid ballarının 15–30 bal aralığında yüksəlməsi kifayət qədər real görünür. Ödənişli yerlər və region universitetləri baxımından da vəziyyət fərqli olmayacaq. Əvvəlki illərdə ikinci qrup üzrə bəzi region universitetlərində və ya özəl ali məktəblərdə ödənişli ixtisaslara 150–200 bal aralığında nəticə göstərən abituriyentlər qəbul ola bilirdilər. Lakin bu il müşahidə olunan kütləvilik həmin yerlərin də keçid ballarını yüksəldə bilər. Bu isə 150 ballıq ixtisasların sayının ciddi şəkildə azalması deməkdir".

Müsahibimiz əlavə etdi ki, eyni zamanda üçüncü qrupdan ikinci qrupa doğru struktur dəyişməsi də müşahidə olunur."Bu proses əsasən əmək bazarının tələbləri ilə bağlıdır. Müasir əmək bazarında data analitikası, rəqəmsal iqtisadiyyat, maliyyə sektoru və digər iqtisadi yönümlü sahələrin cəlbediciliyi humanitar istiqamətlərdən ikinci qrupa marağı artırır. Bu səbəbdən üçüncü qrupdan ikinci qrupa doğru ciddi axın formalaşır. Əvvəllər ikinci qrup barədə “nisbətən rahat qəbul olunan qrup” yanaşması mövcud idi. Lakin artıq vəziyyət dəyişir. Təkcə zəif və orta nəticə göstərən abituriyentlər deyil, yüksək intellektual hazırlığa malik namizədlər də ikinci qrupu seçirlər. Bu isə orta və yüksək bal koridorlarında sıxlığı artırır və rəqabəti daha da gücləndirir. İmtahanın çətinlik faktoru da burada mühüm rol oynayır. Balların nə qədər artacağını dəqiq söyləmək üçün riyaziyyat, coğrafiya və tarix fənləri üzrə blok imtahanlarının çətinlik səviyyəsi, həmçinin ümumi orta bal göstəriciləri nəzərə alınmalıdır. Lakin ümumi mənzərə göstərir ki, imtahanların çətinlik səviyyəsi ötən illərlə eyni olsa belə, abituriyent sayındakı bu ciddi artım keçid ballarının yüksəlməsini qaçılmaz edir. Bu səbəbdən hesab edirəm ki, ikinci qrup üzrə ixtisas seçimi edəcək abituriyentlər ötən ilin keçid ballarına kor-koranə güvənməməlidirlər. İxtisas seçimi zamanı daha diqqətli olmaq vacibdir. Xüsusilə öz nəticələrindən 30–40 bal aşağı olan risk sığortalayıcı ixtisasların da siyahıya daxil edilməsi məqsədəuyğun olar ki, abituriyentlər müsabiqədən kənarda qalmasınlar. Ümumilikdə isə düşünürəm ki, bu il ikinci qrup üzrə keçid ballarında qeyd etdiyim interval daxilində ciddi artımın şahidi olacağıq", - deyə İ.Orucov yekunlaşdırdı.

Oxşar xəbərlər


Bütün xəbərlər

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE