Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı qeyd edib ki, məqsədləri imtahanı özünüdərk alətinə çevirməkdir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında DİM sədrinin çıxışını mətbuatdan oxuduğunu bildirdi:

"Həmişə olduğu kimi təhsillə bağlı insanlar, ekspertlər tədbirə dəvət olunmamışdı və bu da əslində Dövlət İmtahan Mərkəzinin və digər qurumların təhsil ekspertlərini linç etməsi anlamına gəlir. Mən bunu belə dəyərləndirirəm. Təbii ki, orada olsaydım, daha ətraflı danışa bilərdim. Baxmayaraq ki, mənim hər zaman DİM-in fəaliyyətinə münasibətim müsbət olub və qurumun fəaliyyətindəki şəffaflığı, innovasiyalara açıqlığı, yenilik cəhdlərini hər zaman təqdir etmişəm, dəstəkləmişəm və bu gün də o fikirdəyəm. DİM təhsil ekspertlərinə açıqlıq nümayiş etdirmir, sanki bir qərəz nümayiş etdirir. Bu, təəssüf doğurur və zaman-zaman onların hətta açıqlamalarında təhsillə bağlı real fikir söyləyə bilən, araşdırmalar aparan, müxtəlif təkliflər irəli sürən insanlara qarşı aqressiv və yad münasibət görürük".

Müsahibimiz imtahanının özünüdərk aləti olmasınının məğzini izah etdi:"Məleykə xanımın qeyd etdiyi yanaşma imtahanın sadəcə keçid və ya kəsilmək üçün bir vasitə deyil, şagirdin öz potensialını tanıması üçün bir güzgü rolunu oynaması mənasını daşıyır. Bu kontekstdə düşünürəm ki, özünüdərk dedikdə ilk öncə güclü və zəif tərəflərin analizi başa düşülür. Yəni imtahan nəticəsi şagirdə hansı sahədə istedadlı olduğunu və hansı sahədə boşluqlarının olduğunu göstərir. Eyni zamanda, özünüdərk dedikdə həm də abituriyentin düzgün ixtisas seçimi nəzərdə tutulur. İştirakçı öz nəticələrinə nəzər salaraq özünü hansı sahədə uğurlu görə biləcəyini tapır. İmtahan fərddə öz bilik səviyyəsini digərləri ilə, həmçinin hədəfləri ilə müqayisə etmək imkanı verir. Bu da ona öz potensialını ölçmək şansı yaradır. İmtahan fərdin “mən kiməm, nəyi bacarıram, hansı biliyə malikəm və özümü gələcəkdə hansı sahədə, hansı ixtisasda tapa bilərəm” suallarına obyektiv cavab vermək üçün bir alətdir. Əslində Məleykə xanımın dediklərində böyük həqiqət var. Çünki özünüdərk insanın öz düşüncə prosesləri haqqında düşünməsidir. İmtahan bu mənada şagirdə deyir: sən bu sualı səhv yazmısan, çünki mövzunu bilmirsən, yaxud diqqətsizsən, yaxud da stres altında qərar verə bilmirsən. Ümumilikdə bu sualların cavabı şagirdə öz beyninin necə işlədiyini, hansı şəraitdə daha effektiv olduğunu göstərir. Özünüdərk aləti yanaşmasında imtahan şagirdə öz dinamikasını göstərir: imtahan mən dünən harda idim, bu gün hardayam, sabah harda olacam və ya harada ola bilərəm sualına cavab tapmaqdır. Yəni imtahan şagirdi başqası ilə deyil, özünün əvvəlki və indiki versiyası ilə yarışdırır, müqayisə edir".İlqar Orucovun sözlərinə görə, eyni zamanda imtahan stresi ilə bacarmaq, uğursuzluqdan sonra ayağa qalxmaq və ya uğur qazananda arxayınlaşmamaq – bütün bunlar özünüdərkin bir hissəsidir:

"Şagird imtahan vasitəsilə həmçinin öz duyğularını ifadə etməyi öyrənirsə, bu tək bilik deyil, həm də xarakter sınağıdır. Bütövlükdə imtahan həm də emosional intellekti və davamlılığı ölçən bir alətə çevrilir. Digər tərəfdən, bir çox gənc ixtisas seçərkən kənar təsirlər altında qalır. Özünüdərk aləti olan imtahan isə şagirdə öz meyillərini sübut edir. Böyük Sokrat deyir ki, insanın ən böyük biliyi insanın öz hüdudlarını tanımasıdır, özünün malik olduğu o çərçivəni müəyyənləşdirməsidir. Düşünürəm ki, DİM-in hədəfi şagirdi, abituriyenti test həll edən robot səviyyəsindən çıxarıb öz potensialını idarə edən şüurlu fərd səviyyəsinə qaldırmaqdır. Düşünürəm ki, yanaşma doğrudur. Məleykə xanım kifayət qədər peşəkar bir dövlət məmurudur. Uzun illərdir DİM-ə uğurla rəhbərlik edir. Baxmayaraq ki, o bizi bəyənmir, amma mən bir elm və təhsil adamı olaraq təbii ki, onun fəaliyyətini bəyənirəm. Düşüncələrimdə narazılıq yaradan məqamlar varsa, onu da dilə gətirirəm. İnkişaf üçün dialoq ən gözəl platformadır. Bu mənada hesab edirəm ki, əslində bu kimi konfranslara maraqlı tərəfləri cəlb etmək, onlarla əməkdaşlıq qurmaq, müzakirələr aparmaq ümumi inkişafın xeyrinədir. DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil, dövlətin bu sahədə müvafiq siyasətini həyata keçirən və həm də uğurla həyata keçirən qurumdur. Məleykə xanımın bir neçə açıqlamasını oxumuşam, hər zaman dediyim kimi kifayət qədər peşəkar yanaşma ortaya qoyur. Hesab edirəm ki, bu doğru yanaşmadır və insanın öz yerində olmasının, həm də o vəzifəyə nə dərəcədə layiq olmasının göstəricisidir".

Oxşar xəbərlər

Bütün xəbərlər