Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

"Xalqın hesabına xaricdə diplom alıb gələnlər aqressiv olmamalıdır" - İlqar Orucovdan ETN-ə ETİRAZ

Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə deyib ki, onlara görə təhsil eksperti yoxdur.

Bu yanaşma ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, o, hər zaman elm və təhsil naziri Emin Əmrullayevi cəmiyyətə açıq, problemlərin müzakirəsinə və alternativ fikrə önəm verən bir məmur kimi xarakterizə edir:

"Həmçinin fərqli fikirləri də müşahidə etmişəm. Təhsil ekspertləri ilə bağlı Emin müəllimin bəzi ironik ifadələrini də başa düşürəm. Əslində, jurnalistlərə xitabən dedi ki, bu adı siz vermisiniz. Amma mən hesab edirəm ki, burada qane etməyən məqamlar var. Ekspert kimdir? Müəyyən sahənin təcrübəli, ixtisaslı mütəxəssisi ekspertdir. “Ekspert” sözü latınca “ekspertus”dan götürülüb, mənası da təcrübəlidir. Onda belə çıxır ki, bizim ölkəmizdə təhsil sahəsində təcrübəli insanlar yoxdur. “Ekspert yoxdur” demək, əslində budur. Dünyada bütün sahələr üzrə müzakirələrə ekspertlər cəlb olunur. Necə ola bilər ki, dünyada ekspert sözünə önəm verilsin, amma bizdə qəbul edilməsin? Bu absurddur. Cənab nazir deyir ki, onlar ekspert deyil, təhsil mütəxəssisidir. Amma “təhsil mütəxəssisi” də əslində “ekspert” deməkdir. Bu, beynəlxalq termindir və bütün dünyada qəbul olunur. Nazir hansı məqamı vurğuladı? Özünü ekspert adlandıran şəxsin hansısa xahişin müqabilində fikir söyləməsi yolverilməzdir. Bu, birmənalı şəkildə qəbul olunmaz. Biz təhsillə bağlı həm xoş sözlər deyirik, həm də ola bilər ki, nazirliyi və ya cənab naziri qane etməyən fikirlər səsləndiririk. Bu isə ümumi narazılıq demək deyil.

Mən dəfələrlə nazirin fəaliyyətini müdafiə etmişəm, hədəfə gəlməsi ilə bağlı mövqeyimi açıqlamışam. Çünki o, təhsildəki problemlərlə mübarizə aparır, açıq danışır. Ola bilər, ifadə tərzi hər zaman uyğun olmur, amma kifayət qədər açıq fikirləri ilə tanınır. Mən sertifikasiya prosesində, direktor təyinatlarında da nazirliyi müdafiə etmişəm. Hətta prosesdə şəffaflığı gördüyümü qeyd etmişəm. Amma eyni zamanda bildirmişəm ki, direktorların təyinatına mövcud yanaşma qüsurludur. Alternativ fikir bildirəndə münasibət adekvat olmalıdır".

Müsahibimiz vurğuladı ki, təhsil eksperti dedikdə, sahədə təcrübəsi, biliyi, savadı olan insanlar nəzərdə tutulur:

"Bunun üçün ayrıca diplom tələb olunmur. “Təhsil eksperti” diplomu yoxdur. Sadəcə bu sahədə çalışan, tədqiqat aparan, dünyadakı prosesləri izləyən, məsləhət verən şəxslər ekspert sayılır. Mən özüm xarici təhsil proqramları ilə bağlı işçi qrupun üzvü olmuşam, rəylərimi və təkliflərimi təqdim etmişəm, təhsillə bağlı analizlər aparmışam. Bu sahədə ekspertlərin varlığı inkar edilə bilməz. Əgər kənd təsərrüfatı, hərbi, hüquq və digər sahələrdə ekspertlər varsa, necə ola bilər ki, təhsildə ekspert olmasın? Əgər yoxdur deyirlərsə, bu, Elm və Təhsil Nazirliyinin məsuliyyətidir. Çünki alternativ mütəxəssislər hazırlanmayıb. Halbuki bu gün təhsillə bağlı sağlam ekspertlər mövcuddur. Mən hər zaman sağlam tənqidin və sağlam təqdirin tərəfindəyəm. Amma nazirin dediyi kimi, kiminsə xahişi ilə tərif və ya tənqid söyləmək yolverilməzdir. Bu, əxlaq məsələsidir. Qarşı tərəf də alternativ fikir bildirəndə sağlam mövqe sərgiləməlidir. Mən düşünürəm ki, cənab nazir də bunu demək istəyib. Təhsil eksperti hər zaman olub, indi də var, gələcəkdə də olacaq. “Ekspert yoxdur” yanaşması doğru deyil. Əksinə, konseptual fikir və alternativ baxışlar varsa, buna aqressiya ilə yox, dialoqla yanaşmaq lazımdır".

Ekspert əlavə etdi ki, Elm və Təhsil Nazirliyində bəzi gənc məmurların aqressiv davranışlarını görür.

"Xaricdə diplom alıb gələnlər bəzən heç kimin fikrinə əhəmiyyət vermirlər. Halbuki onlar xalqın vəsaiti hesabına oxuyublar. Ona görə də başqalarına yuxarıdan aşağı baxmaq doğru deyil. Bu xalqın qarşısında borcları var. Oxuduqları üçün aqressiv olmamalı, yalnız özlərini savadlı hesab etməməlidirlər. Bu ölkədə başqa savadlı insanlar da var. Ona görə də ifadələrdə diqqətli olmaq lazımdır. “Təhsil eksperti yoxdur” kimi kəskin ifadə düzgün deyil. Əgər nazir bu şəxslərə “təhsil mütəxəssisi” deyirsə, buyursun, amma “yoxdur” demək absurddur. Çünki bu, beynəlxalq termindir və jurnalistlər tərəfindən uydurulmayıb. İnsanların fəaliyyəti əsasında formalaşmış anlayışdır. Əsas odur ki, təhsil ekspertləri mövqelərini düzgün əsaslandırsınlar, fantaziyalar üzərində qurmasınlar. Əgər əsassız yanaşmalar ortaya qoyurlarsa, bu, həm nazirin, həm də cəmiyyətin işinə ziyan vurur. Belə hallarda o şəxsləri nə ekspert, nə də təhsil mütəxəssisi saymaq olar. Amma ümumilikdə “təhsil eksperti yoxdur” ifadəsi yanlışdır", - deyə İlqar Orucov fikirlərini yekunlaşdırdı.

Mənbə: Redaktor.az

Oxşar xəbərlər

Bütün xəbərlər