Xəbər lentiwidget-title-icon

98 saylı bağça ilə bağlı iddialar araşdırılır – BŞTİ
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub
Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq
Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək

Elm yox, gəlir seçimi: istedadlı gənclər elmdən niyə uzaqlaşır?

Mövcud nəticələr və beynəlxalq olimpiadalardakı çıxışlar nəzərə alınarsa, Azərbaycan cəmiyyətində elmi bacarıqlar və intellektual potensial daha çox hansı istiqamətdə inkişaf edir: riyaziyyat, təbiət elmləri və texniki sahələrdə, yoxsa humanitar elmlərdə və sosial sahələrdə?  

Tehsilmedia.com xəbər verir ki, azedu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov danışıb. 

O qeyd edib ki, son illərdə gənclərin texniki elmlərə yönəlməsi müşahidə olunur.

"Əslində, Azərbaycanda son illərdə qadınların elmi fəaliyyətə marağında nəzərəçarpacaq artım müşahidə olunur. Artıq elmi kadr hazırlığında xanımların sayı kifayət qədər artıb. Bunun, təbii ki, bir sıra səbəbləri var. Əsas səbəblərdən biri odur ki, istedadlı oğlanların əksəriyyəti elmi fəaliyyəti seçməkdə maraqlı deyillər. Onlar daha çox maddi gəlir və sürətli kariyera imkanı verən sahələrə üstünlük verirlər. Nəticədə, elmi sahələrdə istedadlı oğlanların sayı azalır, onların yerini isə daha çox xanımlar tutur.

Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər işinə rəhbərlik etmiş, bu işin əsasını qoymuşam və prosesi yaxından izləyən biri kimi müşahidələrim göstərir ki, son illərdə elmi sahəyə maraq əsasən humanitar və ictimai elmlərə yönəlib. Təbii ki, bu sahələrin də inkişafı vacibdir. Amma düşünürəm ki, fundamental elmlərin - xüsusilə də riyaziyyat, fizika, kimya və mühəndislik sahələrinin inkişafı ölkənin elmi və texnoloji gələcəyi baxımından daha böyük əhəmiyyət daşıyır.

Qeyd edilməlidir ki, vaxtilə Azərbaycanda bu sahələrdə çox güclü elmi məktəblər mövcud olub. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu keçmiş SSRİ məkanında nüfuzlu elmi mərkəzlərdən biri hesab olunurdu. Bu institutda böyük alimlər yetişib, güclü məktəblər formalaşıb. Eyni zamanda Azərbaycan riyaziyyat məktəbi də dünya səviyyəli nailiyyətlər əldə edib. Təəssüf ki, bu gün həmin uğurların davamını görmək çətindir. Bunun əsas səbəbi savadlı və istedadlı gənclərin elmə maraq göstərməməsidir. Əvəzində, elmə daha çox orta səviyyəli, ortabab tələbələr gəlir. Hətta istedadlı oğlanlar elmə gəlsələr belə, bir müddət sonra sistemdə qalmaq istəmirlər. Çünki bu sahədə öz arzularını reallaşdırmaq, sabit gəlir və motivasiya tapmaq çox çətin olur".

Humanitar və ictimai sahələrə olan marağın artması bəlkə də xalqımızın təbiəti ilə də bağlıdır

"Azərbaycan həmçinin güclü kimya, fizika və mühəndislik məktəbləri ilə tanınıb. Xüsusilə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bir zamanlar dünya miqyasında tanınan ali məktəb olub. Bu sahələrdə yetişmiş mütəxəssislər beynəlxalq səviyyədə seçiliblər. Lakin müstəqillikdən sonra bu məktəblərin bir çoxu zəifləyib və bəziləri sıradan çıxıb. Riyaziyyat İnstitutunun direktoru, hörmətli Misir Mərdanov bir müsahibəsində qeyd edir ki, institutda artıq istedadlı riyaziyyatçılar demək olar ki, yox dərəcəsindədir. Fikrimcə,  bu problem institutun deyil, ümumi yanaşmanın və sistemin problemidir.

Digər tərəfdən, humanitar və ictimai sahələrə olan marağın artması bəlkə də xalqımızın təbiəti ilə də bağlıdır. Azərbaycan cəmiyyəti yaradıcı insanlarla zəngindir. Şeir yazmaq, musiqiyə maraq göstərmək geniş yayılıb. Lakin bu, xalqımızın intellektual potensialının yalnız bir hissəsidir. Bu gücü elmə yönəltmək və dəstəkləmək vacibdir.

Son illərdə mühəndislik ixtisasındakı müəyyən sayda artım, bizə təskinlik verib bir sira ümidləri formalaşdırır

"O ümidləri ki, bizim xalqın fundamental elm sahələrində kadr hazırlığı istiqamətində bu gün dəqiq elmlər sahəsində təhsil alaan gənclərimizlə bir başa bağlı olacaq. Azərbaycandan xarticə dövlət proqramı ilə gedən gənclərin ixtisas seşiminə baxarkən görürəm ki, əslində qeyd etdiyim istiqamətdə xeyli maraq var. Çünki, elm və texnologiya dünyada inkişafı şərtləndirəcək. 

Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, son illərdə gənclərin texniki elmlərə yönəlməsi müşahidə olunur. Bu da çox sevindirici bir haldır.  Bu baxımdan, təhsil sistemimiz də gənclərə fundamental sahələrdə inkişaf etmək üçün daha əlverişli şərait yaratmalıdır. Yalnız bu halda biz istedadlı gənclərimizin elmə gəlməsini təmin edə bilərik. Əgər biz bu potensialı düzgün dəyərləndirə bilsək, Azərbaycan elminin gələcəyi parlaq ola bilər.

Elm sahəsinə marağı artırmaq üçün həmçinin elmin populyarlaşdırılması, cəmiyyətə daha geniş təqdim olunması vacibdir. İnsanlar bilməlidirlər ki, elm yalnız tədqiqat deyil, həm də innovasiyadır, texnologiyadır, gələcəkdir.

Bütün bu sadalananları nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanda fundamental elmin bərpası mümkündür. Bu zaman və səbr tələb edir. Amma düzgün strategiya və ardıcıl dəstək olarsa, biz yenidən güclü elmi məktəblər formalaşdıra bilərik. Azərbaycan insanı bacarıqlı, zəhmətsevər və intellektual potensialı yüksək bir xalqdır. Sadəcə, bu imkanları dəyərləndirib, gənclərimizi düzgün istiqamətləndirməli və elmə təşviq etməliyik".

Oxşar xəbərlər

Bütün xəbərlər