Xəbər lentiwidget-title-icon

98 saylı bağça ilə bağlı iddialar araşdırılır – BŞTİ
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub
Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq
Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək

Uşağın məktəbə hazır olduğunu necə bilək? - Mütəxəssisdən VACİB MESAJ

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. I sinfə qədəm qoyacaq uşaqlar üçün bu dövr həm həyəcanlı, həm də yeni mərhələyə hazırlıq baxımından önəmlidir. Bu gün bir çox uşaq bağçaya getməklə yanaşı, məktəbəhazırlıq qruplarında da iştirak edir və müəyyən qədər təhsil mühitinə alışır.

Bəs məktəbəqədər təhsil və məktəbəhazırlıq uşaqların məktəbə adaptasiyasını həqiqətən asanlaşdırırmı?Bugünkü uşaqlar məktəb mühitinə ötən illərlə müqayisədə daha rahat uyğunlaşırlar?

Tehsilmedia.com bildirir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, məktəbəqədər yaş dövrü insan həyatının ən vacib mərhələlərindən biridir. Onun sözlərinə görə, bu dövrdə insanın həyatı boyu qazandığı bacarıqların təxminən 70 faizi, hətta daha çoxui formalaşır. Sonrakı mərhələlərdə isə həmin ilkin bacarıqların üzərində emosional, sosial və digər qabiliyyətlər inkişaf etdirilir.

"Məktəbəqədər dövrdə uşağın düzgün təhsil alması, ilkin və həyati bacarıqları mənimsəməsi olduqca vacibdir. Bu mərhələdə uşağın fizioloji, psixoloji, estetik, sosial, yaradıcı və idraki bacarıqları formalaşır.

İlkin idraki bacarıqlara, ilk növbədə, nitq bacarığının formalaşması, sadə riyazi anlayışların mənimsənilməsi, ətraf mühitin dərk edilməsi və ətrafındakı insanlarla düzgün münasibət qurulması daxildir. Uşaq bu bacarıqları məktəbə qədər formalaşdırmayıbsa, onun məktəbə tam hazır olduğunu demək düzgün deyil.

Bunun üçün uşağın inkişafına uyğun mühit yaradılmalıdır. Bu mühit sosial, fiziki, estetik və yaradıcı olmaqla yanaşı, uşağın ümumi inkişafına da xidmət etməlidir.

Ölkədə məktəbəhazırlıq qruplarının yaradılmasının əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrində yerlərin kifayət qədər olmamasıdır. Hazırda uşaqların təxminən 20-30 faizi məktəbəhazırlıq qruplarına cəlb olunublar. Hesab edirəm ki, uşaqların məktəbəqədər təhsildən keçmədən birbaşa məktəbə başlaması adaptasiya prosesində müəyyən çətinliklər yarada bilər. Belə uşaqların sinif mühitinə, müəllimə və yaşıdlarına uyğunlaşması, kommunikasiya qurması və davranışlarını tənzimləməsi müəyyən vaxt tələb edir. Nəticədə dərs ilinin ilk aylarının bir hissəsi tədrisdən çox adaptasiya prosesinə sərf oluna bilər.

Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qrupları uşağın sinif otağına uyğunlaşmasına, müəllim və yaşıdları ilə kommunikasiya qurmasına imkan yaradır. Bağçalarda isə bu proses daha uzunmüddətli və sistemli şəkildə həyata keçirilir. Uşaq bu mərhələdə yalnız akademik deyil, həm də həyati bacarıqlar əldə edir. Buraya sanitar qovşaqdan düzgün istifadə, müstəqil yemək yemək, soyunub-geyinmək və özünə qulluq etmək kimi bacarıqlar daxildir".

Məktəblərdə şərait və müəllim seçimi əsas məsələlərdəndir:

“Məktəbəhazırlıq qruplarının ilk fəaliyyət göstərdiyi dövrlə müqayisədə hazırda müəyyən dəyişikliklər var. Məktəblərdə qrupların şəraitinin yaxşılaşdırılması, yenilənməsi və tənzimlənməsi istiqamətində addımlar atılır. Gələcəkdə bu sahədə daha da təkmilləşdirmələrin aparılması vacibdir.

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seçimi də əsas məsələlərdən biridir. Hazırda bu qruplarda əsasən ibtidai sinif müəllimlərinin çalışması müəyyən suallar doğurur. Hesab edirəm ki, məktəbəhazırlıq qruplarında məhz məktəbəqədər təhsil üzrə ixtisaslaşmış müəllimlərin fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı.

Məktəbəqədər təhsil üzrə ixtisaslaşmış müəllimlər məhz həmin yaş dövrünün xüsusiyyətlərinə uyğun təlim keçirlər. İbtidai sinif müəllimlərinin hazırlığı isə fərqli proqram üzrə aparılır və onların ixtisaslaşması ibtidai təhsil prosesinə uyğunlaşdırılıb”.

Məktəbəhazırlıq qrupları genişləndirilməlidir:

“Mən hesab edirəm ki, bir ibtidai sinif müəlliminin səhər növbəsində dərs deyib, günortadan sonra məktəbəhazırlıq qrupunda fəaliyyət göstərməsi də ideal yanaşma deyil. Bu vəziyyət həm müəllimin yorğunluğuna, həm də uşaqlarla işləmə prosesinə təsir göstərə bilər.

Mövcud problemlər aradan qaldırılarsa, məktəblərdə məktəbəhazırlıq qruplarının fəaliyyəti uğurlu proqramlardan birinə çevrilə bilər. Bu qruplar uşaqların inkişafına töhfə verməklə yanaşı, məktəbdən kənarda qalan uşaqların təhsilə cəlb olunmasına da imkan yaradır.

Düşünürəm ki, məktəbəhazırlıq prosesinin əhatə dairəsinin növbəti illərdə 30, 35 və 40 faizə çatdırılması və əlavə proqramlarla dəstəklənməsi bu modelin daha da inkişafına imkan verə bilər. Bu proses yalnız uşaqların məktəbə hazırlığını deyil, onların gələcək inkişafını və təhsil sisteminə daha sağlam inteqrasiyasını da təmin edən mühüm mexanizmə çevrilə bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər