Xəbər lentiwidget-title-icon

98 saylı bağça ilə bağlı iddialar araşdırılır – BŞTİ
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub
Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq
Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bu gün Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür.

Tehsilmedia.com xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövrü mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Xalq şairi uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. B. Vahabzadə müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyeslərlə yanaşı, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Şair 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Oxşar xəbərlər

Bütün xəbərlər