Gimnaziyanın kafedra müdiri vəfat edib
Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafedra müdiri vəfat edib.
Tehsilmedia.com xəbər verir ki, bu barədə məlumat gimnaziyanın sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsil işçisi" Həsən Osmanov vaxtsız vəfat edib.
Mərhumun ölüm səbəbi açıqlanmayıb.




























