Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

"İmtahan nəticələrini saxtalaşdırıb ailələrini aldadan abituriyentlər var" - XƏBƏRDARLIQ

Təhsil eksperti Elçin Əfəndi son günlər bəzi abituriyentlərin imtahan nəticələrini texnoloji vasitələrlə saxtalaşdıraraq valideynlərini aldatdıqlarını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.

Ekspertin sözlərinə görə, son günlər bu cür hallarla dəfələrlə qarşılaşıb:

"Bəzi yeni nəsil uşaqları çox təhlükəlidir. Ardıcıl üç gündür ki, valideynlərini aldadan, ələ salan, yalan danışan uşaqlarla rastlaşıram. İmtahan nəticələrini xüsusi texnoloji alətlərlə dəyişərək eynilə Dövlət İmtahan Mərkəzinin nəticəsinə oxşar formada valideynlərinə təqdim edir və yüksək bal topladıqlarını bildirirlər. Araşdırma zamanı isə məlum olur ki, onlar nəinki yüksək bal toplayıblar, hətta müsabiqə şərtini belə ödəməyiblər".

Elçin Əfəndi qeyd edib ki, bu cür hadisələr əvvəlki illərdə də yaşanıb.

"2019-cu ildə də belə bir fakt olmuşdu. Abituriyent valideynlərinə 596 bal topladığını demişdi. Daha sonra Dövlət İmtahan Mərkəzini günahlandırmağa çalışmışdılar. Araşdırma nəticəsində məlum olmuşdu ki, həmin abituriyent əslində 420 bal toplayıb", – deyə o bildirib.

Ekspert ötən il bölgələrdən birində baş vermiş oxşar hadisəni də xatırladıb.

"Valideyn mənə müraciət etdikdən sonra araşdırma apardım. Məlum oldu ki, qızı 645 bal yox, 445 bal toplayıb. Hətta valideynlərinə Azərbaycan Tibb Universitetinə qəbul olunduğunu deyib. Atası da buna inanaraq qəbul məclisi təşkil edib, xeyli xərc çəkib. Portal qeydiyyatı zamanı isə məlum olub ki, qız heç bir ali məktəbə qəbul olmayıb", – deyə Elçin Əfəndi vurğulayıb.

Təhsil eksperti hesab edir ki, bu cür davranışlar övladların valideynlərdən çəkinməsinin göstəricisidir.

"Bu hərəkətlər onu göstərir ki, övladlarınız sizdən qorxur və buna görə də yalan danışmaqdan belə çəkinmirlər", – deyə o qeyd edib.

Sonda Elçin Əfəndi valideynlərə çağırış edərək bildirib ki, övladlarının dediyi nəticələrlə kifayətlənməsinlər və imtahan ballarını rəsmi mənbələrdən mütləq yoxlasınlar:

"Texnologiyanın bu qədər inkişaf etdiyi, dələduzluq hallarının artdığı dövrdə saxta məlumatlarla rastlaşa bilərsiniz. Övladlarınız sizə nə qədər bal topladıqlarını desələr belə, bunu mütləq yoxlayın ki, sonradan problemlə üzləşməyəsiniz".

Oxşar xəbərlər

Bütün xəbərlər