Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

“Keyfiyyət monitorinqləri aparılmış ümumi təhsil müəssisələri üzrə fəaliyyət planı”nın icra vəziyyəti, müəssisələrin fəaliyyətinə nəzarət və görülmüş işlərlə bağlı görüş keçirilir

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tərəfindən “Keyfiyyət monitorinqləri aparılmış ümumi təhsil müəssisələri üzrə fəaliyyət planı”nın icra vəziyyəti, müəssisələrin fəaliyyətinə nəzarət və görülmüş işlərlə bağlı görüş keçirilmişdir.

İsmayıllı şəhəri Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseydə keçirilən görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, monitorinq aparılmış 12 ümumtəhsil müəssisəsinin direktorları və həmin müəssisələrdə monitorinq həyata keçirən işçi qrupunun üzvləri iştirak etmişlər.

Çıxış edən Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən monitorinq aparılmış müəssisələrə "Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi çərçivəsi" sənədində əks olunan əsas istiqamətlər barədə məlumat vermiş, məktəblərdə metodiki işin düzgün təşkili və tədrisin keyfiyyətinə təsir edən əsas amillərin vacibliyini vurğulamışdır.

Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov isə çıxışında fəaliyyət planının icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək bildirmişdir ki, ötən müddət ərzində sektor müdirləri və məktəb rəhbərləri ilə mütəmadi görüşlər keçirilmiş, müvafiq tapşırıqlar verilmiş, metodiki dəstək məqsədilə nümunəvi sənədlər təqdim olunmuşdur.

Qeyd olunmuşdur ki, fəaliyyət planının icra vəziyyətinin öyrənilməsi məqsədilə həmin 12 müəssisədə planın istiqamətlərinə uyğun monitorinqlər həyata keçirilmiş, bu məqsədlə RTİ tərəfindən müvafiq işçi qrupu yaradılmışdır. Eyni zamanda müəssisələrdə təkrar monitorinqlərin keçirildiyi və yaxın müddətdə yekun arayışların hazırlanacağı diqqətə çatdırılmışdır.

Həmçinin görüş çərçivəsində "Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi çərçivəsi" sənədinin 3-cü sahəsi olan “Məktəbdə dəstəkləyici mühitin yaradılması” mövzusunda təqdimat keçirilmiş, sağlam psixoloji mühitin formalaşdırılması, müəllim-valideyn-şagird münasibətlərinin inkişaf etdirilməsi və təhlükəsiz, motivasiyaedici təhsil mühitinin yaradılmasının əhəmiyyətindən bəhs edilmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Görüş

Oxşar xəbərlər

Bütün xəbərlər