Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Cəmil Həsənli – Şər Mələyi

Cəmil Həsənli – Şər Mələyi

Dünya yaranışından Xeyir və Şərin mübarizəsinə şahidlik edir. Xeyir və Şər anlayışı həmişə diskussiya mövzusu olub. Onların mübarizəsini əbədi hesab edənlər də var, bu mübarizənin nə zamansa Xeyirin qələbəsi ilə bitəcəyinə inananlar da. Hətta “Xeyirlə Şər qardaşdır” deyənlər də var. Bütün bunlar fəlsəfi beyin fırtınası zəminində irəli sürülən qavrayışlarla bağlı mücərrəd iddialardır.
Real həyatda isə Xeyir də, Şər də göz qabağındadır. Əslində həyata doğulan hər bir bəşər övladı təbii şəkildə xislətində Xeyir və Şər əməllərin başlanğıcını daşıyır. Hər bir insan oğlu onu əhatə edən Xeyir və Şərin təsir dairəsində formalaşır. Mənliyin, kişiliyin, insanlığın formalaşması prosesində övlad ətrafındakı Xeyir və Şər daşıyıcılarının (ilk növbədə Ata və Ana) malik olduğu xeyir və ya şər üstünlüklərindən qidalanır. Bu prosesdə özünü dərk etməyə, Xeyiri və Şəri fərqləndirməyə və düzgün dəyərləndirməyə nail olan şəxs şüurlu şəkildə öz xislətindəki Şər başlanğıcının “klapanını” birdəfəlik bağlayır və həmişə Şər əməllərdən uzaq olur. Yəni onların cismi, beyni, qəlbi artıq şər yox, yalnız xeyirli düşüncələrlə və əməllərlə çalışır. Hansı övlad özünü Kainatın bir zərrəsi olan bəşər övladı kimi dərk edə bilmirsə, sadəcə ətrafındakıların ( yenə də ilk növbədə Atanın və Ananın) əməllərini təkrar edərək yaşayır. Bu əlamətlərinə görə hamının bir-bir Xeyir və ya Şər daşıyıcısı olduğunu müəyyən etmək o qədər də çətin deyil. Xeyir həmişə və hamıya xeyirlidir. Şər isə həmişə hamının başına bəladır. Belə bəlalardan biri haqqında danışmaq istəyirəm. Bu bəlanın adı Cəmil Həsənlidir.
Buqələmun kimi yerindən və zamanından asılı olaraq dəfələrlə rəngini dəyişən və yeniləşən Cəmil Həsənli bu dəfə özünün sosial şəbəkə səhifəsində hüquqşünas obrazında zühur edib. Növbədənkənar seçkilərin qanunauyğunluğunu təsdiq etmiş Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmayan Şər Mələyi indi də öz “hüquq biliklərini” nümayiş etdirmək qərarına gəlib. Bununla kifayətlənməyən Cəmil Həsənli başqa bir hüquqi məsələdə istintaq orqanlarını da hədəfə alıb. Xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşməklə ölkədə sabitliyi pozmaq istiqamətində fəaliyyət göstərdiyi ehtimal olunan bir şəxsin günahsız olduğunu iddia edən Cəmil Həsənli istintaqdan əvvəl artıq öz qərarını elan edib. “Ali savadlı” bir şəxs kimi belə verdiktlərin yalnız istintaq və məhkəmə orqanları tərəfindən verilməli olduğunu bilərək belə bir iddia ilə çıxış etməsi Cəmil Həsənlinin özünün sabitlikdən o qədər də xoşlanmadığını göstərir.
Yeri gəldi, gəlmədi, mənim adımı hallandırmağa adət etmiş Cəmil Həsənli yenə də artistlik edərək iddia edib ki, guya London Yüksək Məhkəməsi mənim qaçaqmalçı olduğumu məhkəmə qərarı ilə təsdiq edib. İndi mən Cəmil Həsənliyə təklif edirəm ki, həmin qərarı ictimaiyyətə göstərsin. Londonda bütün məhkəmə qərarları açıq resurslarda yerləşdirilir, Cəmil Həsənli də bunu yaxşı bilir. Əgər belə bir qərar olubsa və varsa, göstərsin. Göstərə bilməsə, deməli onun bir adı var – Şər Mələyi.Bu məsələ ilə bağlı 2 il əvvəl izah etdiyim mövqeyimi və verdiyim açıqlamanı bir daha təkrar edirəm: Mən heç vaxt heç bir ölkədə heç bir qanunu pozmamışam və dünyanın heç bir ölkəsində heç bir məhkəmə mənim əleyhimə korrusiya, qaçaqmalçılıq və s. bu kimi iddialar əsasında məhkəmə araşdırması aparmayıb və məni günahlandıran hər hansı bir qərar çıxarmayıb. Cəmil Həsənli və məsləkdaşlarının yazdıqları isə onların Azərbaycana düşmən olan xarici tərəfdaşları ilə birlikdə yazdırdığı sübutsuz-dəlilsiz şər və böhtanlardan başqa bir şey deyil. Cəmil Həsənli dövlətə, millətə, xalqa qarşı şər-böhtan üçün xarici xüsusi xidmət orqanlarına işləyən bir xaindir. Onun alimliyi də, guya xaricdə professorluğu da tamamilə saxtadır. Mən bunu əvvəllər də yazmışam və Cəmil Həsənli bunun üzərindən sükutla keçib. Amma mən onun yazdıqlarını sükutla qarşılaya bilmərəm, çünki onun saxtakarlığına yaxşı bələdəm. Əgər Cəmil Həsənli mənim haqqımda yazdıqlarının bircə elementi barədə qanuni sübut təqdim edə bilərsə, göstərsin, mən gözləyirəm.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Oxşar xəbərlər

Bütün xəbərlər