Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Təhsil İnstitutunun "MARAQLI " sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvalığı

​Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 6-cı siniflərin monitorinq imtahanı üçün "Sual kitabçalarındakı tapşırıqların strukturu" adlı bir sxem paylaşıb. Görünür, qurumun əməkdaşları çox işləməkdən elə yorulublar ki, ortaya çıxan material metodik savadsızlıq və dil qüsuru nümunəsinə çevrilib. Yaxşılıq etmək bəzən səhvləri göstərməkdir; Təhsil İnstitutu bu səhvlərdən nəticə çıxarmasa da, xalq kimin rəsmi sənədləri hansı səviyyədə hazırladığını bilməlidir.

Gəlin, bu anlaşılmaz sxemin içindəki "qaranlıq məqamları" addım-addım açaq.

1. Metodik Qeyri-Müəyyənlik: Struktur Belə Olmur!
​Monitorinq və ya qiymətləndirmə strukturu elan olunursa, oradakı rəqəmlər kəti, ölçülə bilən və şəffaf olmalıdır. Lakin ARTİ-nin təqdim etdiyi rəqəmlər tamam başqa şey deyir:

"4-5 mətn" nə deməkdir? Tədris dili (25 sual) bölməsində "4-5 mətn, 2 açıq tipli sual" qeyd olunub. Bu o deməkdir ki, qurum hələ özü də imtahanda neçə mətn salacağını dəqiq bilmir. Şagird və müəllim imtahana 4 mətnlə, yoxsa 5 mətnlə hazırlaşmalıdır? Belə qeyri-müəyyənliklə struktur müəyyən edilmir.

Riyaziyyat və Təbiət fənlərində sualların açıq və qapalı tipləri dəqiqliklə bölündüyü halda, Tədris dilində "25 sual"ın neçəsinin qapalı, neçəsinin açıq olacağı dumanlı qalıb (yalnız 2 açıq tipli sual olacağı qeyd edilib, bəs yerdə qalanlar?).

Təbiət fənni üzrə 25 sualın hamısının "qapalı tipli" olacağı yazılıb. Müasir kurikulum standartları situasiya, məntiq və tətbiq yönümlü tapşırıqlar tələb etdiyi halda, bütün sualları qapalı etmək şagirdləri yenidən xalis əzbərçiliyə sövq etmək deyilmi?

2. Azərbaycan Dilinin Sintaktik Qaydalarına Hörmətsizlik

Sxemin ən biabırçı tərəfi isə Riyaziyyat bölməsindəki budaqlanmada özünü göstərir. Sxemi hazırlayanlar Azərbaycan dilinin fundamental cümlə və söz birləşməsi quruluşundan tamamilə xəbərsizdirlər.
​Sxemdə yazılan absurd ifadə: > * "2 sual həlli tələb olunan"

​"3 sual həlli tələb olunmayan"
​Bizim dildə təyini söz birləşmələrində birinci isim yox, təyin edən tərəf (feli sifət tərkibi, say) gəlir. Dünyanın heç bir yerində, heç bir düzgün Azərbaycan dili cümləsində belə tərs quruluş yoxdur.

Doğru variant necə olmalıdır?
​"Həlli tələb olunan 2 sual"
​"Həlli tələb olunmayan 3 sual"

Ölkənin təhsil proqramını, dərsliklərini və monitorinqlərini hazırlayan bir institutun rəsmi materialında bu cür elementar dil və sintaksis səhvinə yol verməsi sadəcə yorğunluqla izah edilə bilməz. Bu, peşəkarlığın olmamasının göstəricisidir.

​Mətn dilçiliyi və pedaqogika ilə illərini keçirmiş mütəxəssislərin belə baxanda mat qaldığı, məntiqini anlaya bilmədiyi bu sxemi sinif müəllimləri necə başa düşsünlər? 11-12 yaşlı uşaqlar bu qarmaqarışıqlıqdan nə nəticə çıxarsınlar?

Hörmətli Elm və Təhsil Nazirliyi və onun məzmuna məsul olan rəsmi şəxsləri! Biz kimdən öyrənək, necə öyrənək və uşaqlara nəyi öyrədək? Başqalarını imtahan etməyə, monitorinqlərə cəlb etməyə çox həvəslisiniz. Bəs bu biabırçı materialları hazırlayanları, bu sxemləri təsdiqləyənləri — yəni SİZİ KİM MONİTORİQ ETSİN?

Oxşar xəbərlər

Bütün xəbərlər