Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib



Azərbaycanlı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib. Eyni zamanda, tanınmış alimimiz beynəlxaq qızıl ulduz medalı ilə təltif olunub.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDAUA) məqsədi, Türk dünyasında və türkdilli xalqların yaşadığı ölkələrdə elm, dil, mədəniyyət, tarix və ədəbiyyat sahələrini öyrənmək, tədqiq etmək və yaymaqdır. Akademiyanın təsisçi ölkələri arasında Türkiyə Cümhuriyyəti, Azərbaycan Respublikası və Şimali Kipr Türk Cümhuriyyəti yer alır. Hazırda TDAUA-nın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çin kimi bir çox ölkələrdə rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.

28 Yanvar 2026-cı ildə verilən qərara əsasən Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Professor”u, seçilmiş və elm, təhsil, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.

"Qızıl Ulduz" medalı, Türk dünyasında elm, mədəniyyət, tarix, ədəbiyyat və təhsil sahəsindəki ən yüksək mükafatlardan biri sayılır. Bu günə qədər bu mükafata layiq görülən şəxsiyyətlər arasında Azərbaycandan Arif Paşayev, Xoşbəxt Yusifzadə və Eldar Guliyev; Türkiyədən Süleyman Demirel, Bahaeddin Güney, İhsan Doğramacı və Namik Kemal Zeybek; Şimali Kipr Türk Cümhuriyyətindən (KKTC) Rauf Denktaş; Qazaxıstandan Oljas Süleymenov və Nursultan Nazarbayev; Qırğızıstandan isə Çingiz Aytmatov təltif olunmuşdur.

Kimdir Natəvan Dəmirçioğlu? Natəvan Dəmirşioğlu haqqında qısa məlumat:Kimdir Natəvan Dəmirçioğlu? Natəvan Dəmirşioğlu haqqında qısa məlumat:

Natəvan Dəmirçioğlu (Natəvan Dəmirçi qızı Mansurova – Atamoğlanova) 1 noyabr, 1963-cü ildə Azərbaycanın Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. 1986-cı ildə Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən- 1989-cu il aprel ayında Universitetdə çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. Universiteti bitirdikdən sonra -1989-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində işə başlamışdır. Bu illər ərzində kiçik redaktor (1989-1991), redaktor (1991-1994), böyük redaktor (1994-1995), Cənubi Azərbaycan şöbəsinin müdiri (1995-2020), direktor müavini (2020-2022) kimi fəaliyyət göstərmişdir. 2023- cü ildən hal-hazıra qədər Azərbaycan Beynəlxalq Radiosunda Proqramlar şöbəsinin rəisi vəzifəsində çalışır. Son dövrlər siyasi-politoloji mövzularda ekspert kimi TV proqramlarında çıxışlar edir. Bir sıra yazıları dövrü mətbuatda dərc olunur. “Böyük Qayıdışdan qaynaqlanan möhtəşəm yüksəliş”, ’’Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev’’, “Jurnalistika məktəbinin məktəb olan insanları- Nəsir İmanquliyev”, “Milli birlik milli qurtuluşun özülüdür”, “Gerçək Lider”, “Milli şüurun yetkinləşməsində və ziyalı təbəqənin elitar sistemə keçməsində yeni dövr”, “Azərbaycançılıq konseptual ideya kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin ibrət dərsləri”, “Uydurma erməni soyqırımı səngimək bilmir, tarix isə faktlara əsaslanır” və s. məqalələri ciddi maraq doğurmuşdur.

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun Proqramlar şöbəsinin rəisi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Natəvan Dəmirçioğlunun bədii yarasdıcılıq sahəsində də yüksək imici var. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Natəvan Dəmirçioğlunun “Birinci kitab”ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazıçılar sırasında Prezident təqaüdü almışdır. 2010- cu ildə isə yaradıcılıq uğurlarıma görə Azərbaycan prezidenti cənab İlham Əliyevin imzası ilə birillik Prezident təqaüdünə layiq görülmüşdür. 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatını qazanmış, 2009- cu ildə “İlin qadın yazarı” elan olunmuşdur. Onun "Yetim" əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “2014-ün ən iyi əlli romanından biri” nominasiyasında nəşr olunmuşdur. Yazıçı kimi müstəqillik illəri ədəbiyyatımızın öncül nasirlərindən biridir. Natəvan xanım üç povestin - "Səbət", "Yetim", "Üç nöqtə", bir romanın-“Açar”, bir pyesin- “Həyat gözəldir”, onlarla hekayənin-"Bir ovuc torpaq", "Avey əfsanəsi", "Dözüm", "Kəlağayı" və s., yüzlərlə məqalənin müəllifidir. Əsərləri dünyanın bir sıra dillərinə — ingilis, rus, ukrayna, fars, özbək, tatar dillərinə tərcümə olunmuş, türkiyə türkcəsinə uyğunlaşdırılmışdır. Natəvan xanımın imzası Ottava, Moskva, Ankara, İstanbul, Tehran, Ural, Daşkənd, Astana, Kazan və digər şəhərlərdə yayımlanmışdır. Azərbaycan ədəbi camiəsində nüfuzlu nasir kimi tanınır. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunmuşdur. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə ”Tərəqqi” medalı ilə təltif edilmiş, dəfələrlə fəxri fərmanlarla və diplomlarla mükafatlandırılmışdır. 2025- ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Mahmud Kaşğari adına Beynəlxalq Fond və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun “Açar” romanının akademik müzakirəsinə həsr olunmuş “Zəfərimizin “Açar”ı mövzusunda elmi sessiya keçirilmişdir...

Oxşar xəbərlər


Bütün xəbərlər

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı