Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"Öncə bayraq dalğalanacaq, sonra müstəqillik tanınacaq": Əliyevin Şimali Kipr mesajının Xankəndi izləri - İLGİNC DETALLAR

"Öncə bayraq dalğalanacaq, sonra müstəqillik tanınacaq": Əliyevin Şimali Kipr mesajının Xankəndi izləri - İLGİNC DETALLAR

"Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan edib. Prezidentin bu sözləri indiki məqamda iki mühüm məsələdən xəbər verir:

1. Şimali Kiprin müstəqilliyinin tanınması;

2. Xankəndi və ətraf ərazilərə nəzarətin bərpa edilməsi;

Bu fikirləri "tehsilmedia.info"a açıqlamasında politoloq Turan Rzayev səsləndirib. O bildirib ki, ŞKTC-nin müstəqilliyinin tanınması uzun müddətdir ki, gündəmdədir: "ŞKTC təkcə Türkiyə tərəfindən tanınır. Rəsmi Ankara illərdir Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atır. Hətta rəsmi Bakıdan Şimali Kiprin müstəqilliyinin tanınması bir neçə dəfə istənilib.

1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan ŞKTC-nin müstəqilliyini tanımayıb. Buna səbəb Ermənistanla müharibənin olması və işğalın davam etməsi idi.

44 günlük müharibə nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan münaqişə kontekstinə keçdi. Düzdür, bu, rəsmi Bakının mövqeyini dəyişməsə də, nisbi loyallığa zəmin yaratdı. Misal üçün 2022-ci il avqustun ayında Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla görüşüb. Bu, planlaşdırılmış görüş deyildi və Türkiyə prezidentinin istəyi əsasında gerçəkləşmişdi.

Bu görüşdən sonra 2022-ci ilin noyabr ayında Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildi.

Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında ŞKTC bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsi Bakının yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıyacağını, hətta digər TDT üzvü olan ölkələrin də anoloji addımı atmasını təklif edəcəyini göstərir.

Prezidentin bu açıqlaması həm də ondan xəbər verir ki, Bakının Xankəndi və ətraf ərazilərlə bağlı narahatlığı qalmayıb. Prezidentin bu rahatlığının səbəbi, hesab edirəm, yaxın günlərdə məlum olacaq.

Xankəndi və ətraf ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ŞKTC-nin müstəqilliyinin tanınmasını labüd edir".

"Öncə bayraq dalğalanacaq, sonra müstəqillik tanınacaq": Əliyevin Şimali Kipr mesajının Xankəndi izləri - İLGİNC DETALLAR

Müşviq Tofiqoğlu

Oxşar xəbərlər

Bütün xəbərlər