Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib



AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Naxçıvan Muxtar Respublikası Azərbaycan dövlətçiliyində” mövzusunda elmi konfrans keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı çərçivəsində baş tutub.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının Sərəncamından irəli gələrək AMEA-nın Rəyasət Heyəti tərəfindən Naxçıvanın tarixinin, mədəniyyətinin, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının tədqiqi və təbliği məsələlərinə dair, eləcə də Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında və blokadadan çıxarılmasında Heydər Əliyevin tarixi xidmətləri, Heydər Əliyevin Naxçıvanda elmin inkişafı strategiyası, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş Tədbirlər planının hazırlanması barədə qərarın qəbul olunduğunu deyib.

AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş geniş tədbirlərə start verildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutduğunu diqqətə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, Naxçıvan şəhəri Atabəylər dövlətinin paytaxtı olub, ərazisində Çuxursəəd bəylərbəyliyi, Naxçıvan xanlığı, Araz-Türk Cümhuriyyəti, Naxçıvan Muxtar Diyarı, Naxçıvan MSSR-sı yaradılıb, müasir dövrdə isə Azərbaycanın əzəli torpağı kimi Naxçıvan Muxtar Respublikasına çevrilib.

XX əsrin əvvəllərində ermənilərin Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edərək mütəmadi basqınlar təşkil etdiklərini deyən akademik İsa Həbibbəyli yaranmış təhlükənin aradan qaldırılmasında Behbud ağa Şahtaxtinskinin xüsusi xidmətləri olduğunu, onun təşəbbüsü ilə Naxçıvanda referendum keçirilərək bölgənin Azərbaycanın tərkibində saxlanıldığını, Türkiyənin himayədar kimi çıxış etdiyi Moskva və Qars müqavilələrinin isə ermənilərin ümidlərini puç etdiyini vurğulayıb.

“Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev və Naxçıvan əhalisi qətiyyət göstərərək ermənilərin yenidən baş qaldırmış ərazi iddialarını neytrallaşdırdılar. “Sovet” və “Sosialist” sözləri Muxtar Respublikanın adından çıxarıldı, bu isə faktiki SSRİ-nin dağılması haqqında qərar demək idi. Ümummilli Liderin həmin illərdə Türkiyə ilə yaxın münasibətlər qurması, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin Naxçıvana ziyarətə gəlməsi, Ümid körpüsünün açılması, müdafiə qüvvələrinin təşkili, sovet qoşunlarının bölgədən çıxarılması, Naxçıvanda Ulu Öndərin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və digər mühüm addımlar blokada şəraitində yaşayan Muxtar Respublikanın taleyində mühüm rol oynadı. Heydər Əliyev Naxçıvanı qorumaqla həm də Azərbaycan dövlətçiliyini xilas etmiş oldu”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

Müasir dövrdə isə Naxçıvanın özünün inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu, ötən il Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda görüşərək birgə gələcək layihələrə imza atdıqlarını söyləyib. Qeyd edib ki, gələcəkdə Zəngəzur dəhlizinin və digər kommunikasiya vasitələrinin açılması isə Naxçıvanı Avropa ilə Asiya arasındakı nəqliyyat dəhlizlərinin mərkəzinə çevirəcək.

AMEA-nın elmi müəssisə və təşkilatlarında Naxçıvanın qədim tarixi, zəngin mədəni mühiti, folkloru, arxeologiya və etnoqrafiyasının öyrənilməsi istiqamətində önəmli tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli dövlət başçısının Sərəncamının yeni araşdırmalar üçün geniş meydanlar açdığını deyib və il ərzində Akademiyada Muxtar Respublikanın 100 illiyi ilə bağlı tədbirlərin davam etdiriləcəyini söyləyib.

Sonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə isə Muxtar Respublikanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasındakı roluna toxunub, Ulu Öndərin ermənilərin Naxçıvana olan ərazi iddialarının qarşısını almasından, apardığı quruculuq işlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin Muxtar Respublikada həyata keçirdiyi geniş tədbirlər həmin dövrdə dövlət müstəqilliyi təhlükə altında olan Azərbaycana yeni nəfəs gətirdi, Ulu Öndərin liderliyində Naxçıvan blokadadan çıxarıldı, Azərbaycan isə özünün gələcək inkişafına qədəm qoydu.

Konfransda, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Naxçıvanın qorunmasında Türkiyənin rolu və muxtariyyətə gələn yol (1918-1921)”, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “1921-1924-cü illərdə Naxçıvanda siyasi vəziyyət və Muxtar Respublikanın yaranması”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Bir millət, iki dövlət formulunun həyata keçirilməsinin Naxçıvan mərhələsi” və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Oxşar xəbərlər


Bütün xəbərlər

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb