Xəbər lentiwidget-title-icon

“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır gencede-sagird-bicaqlandi
“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar”
ADNA-da törədilən terror aktından 17 il ötür
"Son zəng"də məzunlara fərqli geyimdə iştiraka icazə verən məktəb rəhbərliyi cəzalandırılacaq - AÇIQLAMA
Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir
Kənan Bağırov: Alternativ enerji ixtisasları üzrə 2 qrupda tələbə qəbulu aparılacaq
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri AÇIQLANDI
Riyaziyyatdan şagirdlər geriləyir - “problem mənimsəmə deyil, çətin suallardır”
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı
Bu liseyə direktor təyin EDİLDİ
9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM
"Dizayn Həftəsi" tələbə və müəllimləri bir araya gətirir - Dekan
Cəmiyyət repetitorsuz yüksək nəticəyə inanmır - zəif təhsil sistemi, yoxsa qısqanclıq?

Yaxın müddətdə növbəti vakansiya seçiminə başlanacaq - Nurlan İsmayılbəyli

"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əsasnaməsinə uyğun olaraq rəhbər vəzifələrə təyinatlar Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir. yeni qaydaların tələblərinə uyğun olaraq proses başa çatdıqdan sonra hər bir namizəd üç müxtəlif vakansiya seçə bilir və dəyərləndirmə seçilmiş vakansiya üzrə aparılır. Ən yüksək qiymətləndirmə nəticəsinə və daha uzunmüddətli idarəetmə stajına malik namizədlər seçilərək nazirliyə təqdim olunacaq və rəy əsasında onların təyinatı ən qısa müddətdə həyata keçiriləcək".

Bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-nin efirində yayımlanan “Təhsildəyik” verilişində səsləndirib.

Şöbə müdirinin sözlərinə görə, direktorların işə qəbulu qaydalarında əvvəllər üç müxtəlif kateqoriya var idisə, artıq kateqoriyalar ikidir. Bunlar şagird sayı 500-dən çox olan müəssisələr, eləcə də lisey və gimnaziyalar və şagird sayı 500-ə qədər olan müəssisələrdir:
“Bu kateqoriyalar üzrə müsahibələrin təşkili, namizədlərin dəyərləndirilməsi ardıcıllığı və namizədlərə qoyulan tələblər fərqlidir. Şagird sayı 500-dən çox olan müəssisələr üçün sertifikatlaşdırma prosesindən 51 və daha yüksək bal, digər qiymətləndirmə nəticələri üzrə isə 85%-dən yüksək nəticə tələbi var. Şagird sayı 500-ə qədər olan müəssisələr üçün bu tələb sertifikatlaşdırma üzrə 42 bal, digər qiymətləndirmələr üzrə isə 70% nəticədir. Bu tələblərə uyğun olaraq namizədlərin dəyərləndirilməsi aparılıb.

Namizədlərin müsahibələrə dəvəti və qiymətləndirilməsi ardıcıllığı da agentlik tərəfindən təsdiqlənib. Şagird sayı 500-dən çox olan müəssisələr üzrə əvvəlcə vakansiya olan idarə üzrə direktor vəzifəsində çalışan və həmin müəssisədə çalışan direktor müavinləri dəyərləndirilir. Daha sonra vakansiyanın yerləşdiyi şəhər və ya rayon üzrə direktor müavinləri, sonra idarə üzrə direktor müavinləri, daha sonra həmin müəssisədə çalışan müəllimlər, idarə üzrə çalışan müəllimlər və yekunda bütün Azərbaycan vətəndaşları üçün proses açıq olur", – deyə o bildirib.

N.İsmayılbəyli qeyd edib ki, bənzər yanaşma şagird sayı 500-ə qədər olan müəssisələr üçün də tətbiq edilir: "Hər bir idarə üzrə və vakansiyaya müraciət edən namizədlərin sayı nəzərə alınmaqla təxminən 413 namizədin ilkin olaraq müsahibələrdə iştirakı nəzərdə tutulub. Dəvətlər hissəli formada göndərilir. Bu həftə üçün dəvətlər artıq göndərilib, növbəti həftə üçün də göndərilib. Bəzi namizədlərdə sual yaranır ki, hələ dəvət almayıblar. Bu, prosesin mərhələli icrası ilə bağlıdır.
Yaxın müddətdə növbəti vakansiya seçiminə də start veriləcək. Əgər bu prosesə hansısa bir səbəbdən qoşula bilməyən və ya məlumatsız olan şəxslər bu fürsətdən istifadə edib növbəti vakansiya seçimində iştirak edə bilərlər".

Oxşar xəbərlər

Bütün xəbərlər