Xəbər lentiwidget-title-icon

Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Direktorların təyinatı sistemində dəyişikliyə ehtiyac VAR

Direktorların təyinatı sistemində dəyişikliyə ehtiyac VAR


Son günlər Azərbaycanda məktəb direktorları ilə bağlı bir neçə xoşagəlməz hadisə yaşanıb. Əvvəlcə Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun səsyazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Araşdırmalardan sonra direktor işdən çıxarılıb. O, müəllimlərin işə qəbulu imtahanı ilə məktəbə rəhbərlik edirdi.

Ötən gün yayılan xəbərlərdə isə Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddia edilib. Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hər iki hadisə məktəb direktorlarının təyinatı ilə bağlı müzakirələri yenidən qızışdırıb. Hazırda bir çox məktəbə direktorların işə qəbulu üzrə test imtahanından uğurla keçən şəxslər rəhbərlik edir. Ancaq bəzi ekspertlər bu prosedurun da uğursuz olduğunu düşünür. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsinə üstünlük veriləcək. Hələlik sözügedən prosedurun icrası başlanılmayıb.

Ekspertlər direktorların işə qəbulu imtahanı sisteminin özünü doğrultmadığını, sistemdə dəyişikliklərin edilməsini labüd hesab edirModern.az mövzu ilə bağlı elm və təhsil ekspertləri ilə həmsöhbət olub.

"Saxta diplomlu, yaxud kiminsə tapşırığı ilə təyin olunan direktorlar..."

Elm və təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, direktorların işə qəbulu prosesi ilə yanaşı direktorların özlərinə də nəzarət mexanizmi tətbiq olunmalıdır.

"Çünki bəzi hallarda mərkəzləşmiş qaydada imtahan götürür, direktorların işə qəbulunu həyata keçiririk. Nəticədə isə baxırıq ki, hansısa ərazi üzrə saxta diplomlu direktor fəaliyyət göstərir, yaxud kiminsə tapşırığı ilə direktor olan şəxs məktəbi idarə edir. Ona görə də düşünürəm ki, direktorların təyin edilməsini fərqli şəkildə həyata keçirə bilərik. Məsələn təhsilverənlərin sertifikatlaşdırılması prosesində yüksək göstəricisi olan müəllim heyətlərinin içərisindən seçərək yaxud idarəetmə ixtisası üzrə təhsil almış şəxsləri direktor təyin etmək olar. Amma indi görürük ki, yenə də əksəriyyət kiminsə tanışı, qohumudur. Adı da olur ki, direktorların işə qəbulu imtahanında iştirak ediblər, nəticəsi yaxşı olduğu üçün təyin ediliblər. Bu cür hallar müəllimlərin həm məktəb rəhbərliyindən həm də təhsil müəssisəsindən narazılığını dilə gətirmələrinə imkan yaradacaq. Ərazidə hərhansı korpusun kiməsə kirayəyə yaxud icarəyə verilməsi isə birbaşa qanunvericiliyin tələbinin, millətin təhsil hüququnun pozulması deməkdir. Əgər sıx şəraitdə təhsil alıramsa, boş korpus kiməsə hansı səbəblə icarəyə verilir?! Bu Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırılmalıdır”."Yalnız pedaqoji faəliyyət deyil, idarəetmə qabiliyyəti əsas götürülməlidir"

Ekspert bildirib ki, direktorlar seçilərkən pedaqoji faəliyyət deyil, idarəetmə qabiliyyəti əsas götürülməlidir:

“Həm də bu prosesə tanış olmayan simalar cəlb edilməlidir. Məsələn kimsə 3-5 il hansısa məktəbdə çalışır, oradakı heyətlə bir-birinə öyrəşiblər. Tutaq ki, orada direktor müavini yaxud müəllim olan birinin direktor olması zamanı səmimiyyət pərdəsi aradan qalxır. Biri də var ki, tanış olmayan sima gəlir və ümumi idarəetmədə müəyyən dəyişikliklər edir. Kimsə də ona risk edərək ona rüşvət təklif etmir. Əgər belə hal yaşanırsa, müəllimlər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Görünür həmin məktəbdə müəllimlər rüşvəti direktora əvvəlcədən verirmişlər, bəs əvvəlcə problem yox idisə, indi niyə yarandı?! Görünür aralarında hansısa situasiya olub və fikirlərini açıqlamağa özlərinə borc biliblər”.

"Direktorların işə qəbulu şəffaf keçirilmir"

Sabiq deputat Etibar Əliyev isə qeyd edib ki, məktəb rəhbərliyi sistemində təsadüfi adamlar fəaliyyət göstərirlər:

“Şükürlər olsun ki, informasiya cəmiyyətinin alətləri vasitəsi ilə onların bu əməlləri üzə çıxır. Bu əməllər üzə çıxmasa, onlar uzun illər fəaliyyətlərini davam etdirəcək və məktəb sistemini zədələyəcəkdilər. Əvvəllər də belə hallar çox olub. Amma heç kim bundan nəticə çıxarmayıb. İndiki vəziyyətdə də nəticə çıxarmırlar. Məktəb artıq maddiyat güdən bir quruma çevrilib".

O bildirib ki, direktorların işə qəbulu şəffaf keçirilmir: "Minlərlə məktəbdə direktor yoxdur, əvəzedici var. Bu məqsədli şəkildə edilir ki, müvafiq qurumun istədiyi kimi fəaliyyət göstərsinlər. Belə olmaz axı, təyinat olmalıdır ki, məsuliyyət olsun. Digər tərəfdən də məktəb direktorlarının seçiminin nəticəsində belə mənfi halların olması göstərir ki, belə seçimlər yanlışdır. Bir məktəbin direktor yeri boşalır, başqa məktəbdən oraya direktor müavini gətirilir. Burada məqsəd nədir?! Məktəbin özündə yetişmiş bir şəxs yoxdurmu ki, bu vəzifə ona verilsin?!”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb