Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Məktəbdə məxfiliyin qorunması problemi

Sosial mediada rast gəldiyim bir sual məni narahat etdi. “Uşağın başında bit varsa, məktəb (müəllim, direktor) nə etməlidir?” Bir valideynin çarəsiz şəkildə soruşduğu sual idi. Çünki artıq nə özü, nə də övladı məktəbə getmək, ordakı insanlarla ünsiyyətə girmək istəmirdilər.

tehsilmedia.info qeyd edir ki, əslində məsələ təkcə bit məsələsi deyil. Məsələ uşağa necə yanaşdığımız, onun şəxsiyyətini qoruyub-qorumadığımız, məktəbdə gizlilik və etik prinsiplərin nə dərəcədə dərk edildiyidir.

Məktəb təkcə bilik verilən yer deyil. Məktəb uşağın özünü təhlükəsiz, dəyərli və hörmət edilən hiss etməli olduğu məkandır. Gigiyenik problemlər — saç, dırnaq, geyim, şəxsi təmizliklə bağlı məsələlər — nə cəza mövzusu, nə də ictimai müzakirə predmeti ola bilər. Bunlar uşağın ayıbı, günahı və ya məsuliyyətsizliyi deyil.

Təəssüf ki, hələ də bəzi məktəblərdə bu cür hallar belə idarə olunur: – uşaq sinif qarşısında rüsvay edilir, digər müəllimlərə, valideynlərə şifahi ötürülür,
uşağın adı “problemli”, “natəmiz” damğası ilə hallanır, nəticədə uşaq utanır, sıxılır, məktəbdən soyuyur.
Halbuki doğru yanaşma tam fərqlidir.
Əgər gigiyenik problem varsa, bu yalnız məhdud dairədə həll olunmalıdır.
Bu məsələni bilməli olanlar: – sinif rəhbəri, məktəbin tibb işçisi, zərurət olduqda psixoloq və valideyn. Vəssalam.
Nə digər müəllimlərin, nə valideynlərin, nə də şagirdlərin bunu bilməyə haqqı yoxdur.

Uşaqla münasibət isə şəxsiyyətə hörmət prinsipi əsasında qurulmalıdır. Uşağa açıq, sakit, qorxutmadan, utandırmadan, “sən niyə belə olmusan?” tonu olmadan yanaşmaq lazımdır. Valideynlə əlaqə də ittiham dili ilə yox, əməkdaşlıq dili ilə qurulmalıdır. Çünki bir çox hallarda gigiyenik problemlərin kökündə laqeydlik yox, sosial, maddi, psixoloji çətinliklər dayanır.

Burada məktəb rəhbərliyinin — zavuçun, direktorun rolu xüsusilə önəmlidir. Onlar məktəbdə gizlilik mədəniyyətini formalaşdırmalıdır, müəllimlərə etik çərçivəni xatırlamalı, uşağın hüququnun hər şeydən üstün olduğunu açıq şəkildə göstərməlidirlər.
Psixoloq isə bu prosesdə uşağın emosional vəziyyətini qorumağa, özünü dəyərsiz hiss etməsinin qarşısını almağa yardımçı olmalıdır. Çünki utandırılan uşaq təkcə gigiyenik problem yaşamır, o, psixoloji travma alır.

Unutmayaq ki, uşaq məktəbə dərs öyrənməyə gəlir, utanmağa yox.
Məktəb nizam-intizam yeri olduğu qədər də insanlıq məktəbidir.
Gigiyena qaydaları vacibdir. Amma insan ləyaqəti onlardan daha vacibdir.
Uşağın saçında bit ola bilər, dırnağı uzun ola bilər, geyimi səliqəsiz ola bilər. Amma onun qüruru sındırılmamalıdır.
Çünki məktəbdə qorunmalı olan ən əsas şey — uşağın şəxsiyyətidir.

Oxşar xəbərlər

Bütün xəbərlər