Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Günel Şamilova: Dil bir gündə pozulmur, o, səssiz, amma ardıcıl şəkildə zədələnir

Ulu Öndər Heydər Əliyevin “Xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” sözləri sadəcə tarixi sitat deyil, bu gün hər birimizin qarşısında dayanan məsuliyyət çağırışıdır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, o milli kimliyimizin, tarixi yaddaşımızın və dövlətçilik şüurumuzun əsas dayağıdır. Prezident İlham Əliyevin son illərdə, xüsusilə AMEA-nın 80 illik yubileyində və 2026-cı il yanvarın 5-də yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirlər də bu məsələyə məhz strateji yanaşmanın göstəricisidir.

Bu fikirləri açıqlamasında Bakı Slavyan Universitetinin Azərbaycan dili kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Günel Şamilova deyib.

“Dövlət mövqeyi nə qədər aydın olsa da, gündəlik həyatımızda görürük ki, bu çağırışlar bəzi hallarda hələ tam mənada anlaşılmayıb. Bu, bizim davranışımıza çevrilməlidir. Bu gün şəhərin küçələrində, vitrinlərdə və reklam lövhələrində Azərbaycan dilinin vəziyyəti düşündürücüdür. “Sale”, “Discount”, “New Arrival” və bu kimi ifadələr artıq istisna deyil, adi mənzərəyə çevrilib. Dilimiz sanki görünməz bir yarışa salınıb və çox vaxt bu yarışda uduzan tərəf elə öz sözümüz olur. Prezidentin “damcı-damcı” xəbərdarlığı məhz burada real məna qazanır. Dil bir gündə pozulmur, o, səssiz, hiss olunmadan, amma ardıcıl şəkildə zədələnir. “Dama-dama göl olar” deyimi bu mənzərə üçün təsadüfi seçilməyib”, - deyə alim bildirib.

O qeyd edib ki, əgər bir vaxtlar televiziya dil modeli sayılırdısa, bu gün həmin rolu sosial şəbəkələr oynayır: “Like etmək”, “story atmaq”, “dm atmaq” və s. kimi ifadələr təkcə virtual məkanda qalmır, gündəlik danışıq dilinə keçir. Qısaltmalar, yarımçıq cümlələr, emosional, amma məzmunsuz ifadələr ədəbi dilin yerini daraldır. Bugünkü nəsil elə düşünür ki, dil modeli budur, belə danışmaq lazımdır. Burada problem dilin inkişafı deyil, problem onun nəzarətsiz və məsuliyyətsiz dəyişməsidir”.Müsahibimizin fikrincə, hazırda Azərbaycan dilinin ən sürətlə pozulduğu və bunun yayıldığı mühit televiziya yox, vlogerlər, blogerlər və onlayn satış platformalarıdır: “Bir vlogerin işlətdiyi ifadə ertəsi gün satış elanında, bir həftə sonra isə küçə danışığında görünür. Dil burada elmi normalarla yox, bəyənmə, baxış və satış sayı ilə ölçülür. “Bu məhsul var ha, topdu”, “Real deyirəm, peşman olmazsan” “Best price only today” və s. Bu cümlələr, bəlkə də, satış üçün effektlidir, amma dil üçün təhlükəlidir. Məsələ təkcə yad sözlərdə deyil, məsələ öz dilimizə inamsızlıqdadır. Bu mənada rus dilinin mənfi təsiri də kifayət qədərdir. “Endirim”, “təklif”, “yeni məhsul” sözləri var ikən niyə onlardan qaçırıq? Televiziya isə hələ də böyük təsir gücünə malikdir. Aparıcıların dili, seriallardakı dialoqlar, xüsusilə də xarici seriallar, cizgi filmləri uşaq-böyük, hər kəsin nitqində qrammatik və leksik pozuntular yaradır. Prezidentin “dil norması pozulmamalıdır” xəbərdarlığı burada sadəcə tövsiyə yox, ictimai məsuliyyət çağırışıdır. Efir dili milli modeldən uzaqlaşdıqca, cəmiyyətin nitq mədəniyyəti də zəifləyir”.

Günel Şamilova bildirib ki, dilə məhəbbət ailədə başlayır, dərslikdə isə davam edir. Dərsliklərdə ədəbi nümunələrin azlığı, milli-mənəvi dəyərləri əks etdirən mətnlərin yetərsizliyi şagirdin söz ehtiyatını kasadlaşdırır. Müəllim nitqi isə həlledici faktordur. Uşaq eşitdiyini öyrənir. Dilin qorunması burada yalnız proqram məsələsi deyil, şəxsi nümunə məsələsidir. Bu gün Azərbaycan dilinin xarici dil kimi tədrisi artıq regional məsələ deyil. Dilimizi beynəlxalq müstəvidə tanıtmaq üçün onun saf, sistemli və nüfuzlu olması şərtdir. Prezident İlham Əliyevin dediyi kimi: “Dil qorunmazsa, dövlət zəifləyər”. Dilini qoruya bilməyən xalq onu dünyaya da təqdim edə bilməz. Bu kontekstdə Bakı Slavyan Universitetində görülən işlər xüsusi qeyd olunmalıdır.O əlavə edib ki, zamanla vlogerlər, blogerlər dəyişəcək, platformalar yenilənəcək, “trend”lər unudulacaq: “Amma dil qalacaq, əgər biz onu qoruya bilsək. Azərbaycan dili laylamızın, əsgər andımızın, qalib xalqın çağırış dilidir. Onu vitrinlərdə, efirdə, sosial şəbəkələrdə xırdalamaq yox, uca tutmaq borcumuzdur. Çünki gələcəyə gedən yol təkcə məktəbdən yox, ekrandan da keçir. Dil milli kimliyin əsas amilidir. Bu amili qorumaq isə təkcə dövlətin yox, hər birimizin məsuliyyətidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər