Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Təhsildə liderlərin formalaşması üçün lazımı mühit yoxdur

Təhsilin idarə olunması digər sahələrdən köklü şəkildə fərqlənir. Çünki burada söhbət təkcə proseslərdən və göstəricilərdən yox, insan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan gedir. Bu isə rəhbərlik edən şəxsdən sırf inzibati bacarıqlardan daha artıq - liderlik keyfiyyətləri tələb edir.

Bu yazıda məqsədim liderlik anlayışını nəzəri müstəvidə təhlil etmək deyil. Sadəcə uzun illərin müşahidəsi əsasında son illərdə təhsildə liderlərin və liderlik mühitinin niyə formalaşmadığına, bunun hansı sistem problemlərindən qaynaqlandığına diqqət çəkməkdir.

İnsan lider olaraq doğulur, yoxsa sonradan formalaşır? Bu sualın cəmiyyətdə birmənalı cavabı yoxdur. Ancaq bir həqiqət aydındır: müasir dövrdə rəhbər vəzifədə olan şəxs yalnız normativ sənədləri bilən icraçı yox, məsuliyyət daşıyan, qərar verən, ilhamlandıran və arxasınca kollektiv apara bilən lider olmalıdır.
Təəssüf ki, bilik və təlimatları mənimsəmək hələ lider olmaq demək deyil. Liderlik xarakter, şəxsiyyət, daxili məsuliyyət hissi, vicdan və cəsarətlə birbaşa bağlıdır. Bir neçə yeni termin öyrənməklə, təqdimat dili ilə danışmaqla lider yetişmir. Liderlik həm də xarizmatik şəxsiyyət məsələsidir.

Bu gün Azərbaycan təhsilində akademik biliyi kifayət qədər yüksək olan kadrlar çoxdur. Ancaq xüsusilə idarəetmədə obyektivliyi, qətiyyəti, ictimaiyyət qarşısında məsuliyyəti üzərinə götürmək bacarığı ilə seçilən, problemləri açıq deyən, həll yollarını inandırıcı göstərən, təhsil ictimaiyyətində söz və nüfuz sahibi olan liderlərin sayı çox azdır. Daha çox narahatlıq doğuran məqam odur ki, belə şəxslər nəinki cəmiyyət tərəfindən, hətta təhsil mühitində də kifayət qədər görünmür və tanınmır. Son illərdə isə belə liderlərin demək olar ki, formalaşmadığını müşahidə edirik. Halbuki əvvəlki dövrlərdə rayonlarda, şəhərlərdə sayılıb, seçilən şəxslər, belə nümunələr var idi. Onlar öz nüfuzları ilə təhsilə hörmət gətirir, ziyalı mövqeyini gücləndirir və cəmiyyət üçün mənəvi dayaq rolunu oynayırdılar. İndi niyə bu mühit yoxdur?

Uzun illər sistemin içində çalışmış biri kimi deyə bilərəm ki, hazırkı idarəetmə mühitində məktəb rəhbərləri və region strukturlarında çalışan aparıcı kadrlar təhsildə keyfiyyət uğrunda yaradıcı fəaliyyət göstərməkdən çox, əsasən özlərini qorumaq psixologiyası ilə yaşayırlar. Kiçik texniki səhv, gecikmiş hesabat, formallıqdan kənar addım cəza qorxusu yaradır. Tələbkarlıq və intizam zəruridir, lakin daimi inamsızlıq və qorxu mühiti tamam başqa nəticələrə səbəb olur.
Təhsilin idarə olunmasının bütün pillələrində qarşılıqlı inamın olması, təşəbbüs göstərməyə və məsuliyyəti üzərinə götürməyə şərait yaradılması, həlledici məqamlarda aidiyyəti şəxslərin mövqeyinin öyrənilməsi aparıcı kadrların formalaşaraq nüfuzlu liderlərə çevrilməsi üçün vacibdir.

Şəxsiyyətə, əsaslandırılmış mövqeyə və real nəticəyə dəyər verilməyən, “daha üstün vəzifədəyəm, deməli, ən doğrunu mən bilirəm” yanaşmasının hökm sürdüyü mühitdə azad fikir, yaradıcılıq, yeni ideya və liderlik təşəbbüsü formalaşa bilməz. Belə şəraitdə rəhbər vəzifədə olanlar idarə edən yox, icra edən, tədricən isə itaət edən fiqura çevrilir.
Kadr seçimi və təyinat meyarlarının qeyri-müəyyənliyi də problemi daha da dərinləşdirir. Şəffaf və düzgün meyarlar əvəzinə, dar dairədə formalaşan yanaşmalar üstünlük təşkil edir. Nəticədə akademik biliyi olsa da, təşəbbüs göstərməyən, kollektivi müdafiə etməyə çəkinən, uğurlu müəllimi irəli çəkməyə cəsarət etməyən, daha çox bir-birinə oxşayan rəhbərlər meydana çıxır. Belə rəhbərlər liderə çevrilə və kollektivi məqsədə doğru apara bilmir.

Halbuki liderin əsas vəzifəsi qorxutmaq yox, ilham verməkdir. Lider etimad yaratmalı, uğura görə təşəkkür etməyi bacarmalı, şəxsləri və kollektivi motivasiya etməlidir. Qorxu üzərində qurulan komanda yox, özünə inanan və dəyər görən kollektiv daha sürətli və keyfiyyətli nəticə verir.
Vəzifəyə şəxsi maraqlar üçün gələnlər gec-tez qorxuya, yaltaqlığa və ya qəddarlığa məhkum olurlar. Vəzifə yalnız işlədiyin sahəyə fayda verdiyin halda dəyər qazanır. Doğru olan vəzifəni tutmaq deyil, ona layiq olmaqdır.

Nəticə olaraq bu gün təhsil sistemində liderlərin görünməməsi narahatlıq doğurur. Əsas problem isə liderliyin sistemli şəkildə formalaşmasına imkan verən sağlam, açıq və etimada əsaslanan mühitin olmamasıdır. Bu mühit yaradılmadan təhsildən real dəyişiklik və inkişaf gözləmək çətinləşir.

Vahid Tağıyev
Təcrübəli, peşəkar təhsil işçisi

Oxşar xəbərlər

Bütün xəbərlər