Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Ali təhsil almaq məqsəd yox, status simvoluna çevrilib

“Pilot layihə kimi tətbiq olunan “Tam orta təhsil” layihəsi 10-11-ci siniflərdə ali məktəbə hazırlığı təmin edir. Pilot olaraq bir neçə bölgədə fəaliyyətinə başlayıb. Yanvar ayından etibarən daha detallı şəkildə ictimaiyyətə məlumat verəcəyik”.

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib.

Nazir bildirib ki, bu gün cəmiyyətimizdə ali təhsil almaq bəzən məqsəd yox, bir status simvoluna çevrilib:

“Hər kəs elə düşünür ki, mütləq ali təhsil almalıdır. Buna görə də hər yolla məktəbdən kənar əlavə dəstəyə repetitorluğa üz tutulur ki, ali təhsil alsın. Bu isə bizi əslində dəyərli olan biliklərdən və davranışlardan uzaqlaşdırır.

Tam orta təhsil mərhələsi (10-11-ci siniflər) əgər yalnız ali təhsil üçün hazırlıq mərhələsinə çevrilibsə və ikinci alternativlər, yəni fənlərin daha dərindən öyrənilməsi, bilik və bacarıqların artırılması kənarda qalırsa, bu, təbii ki, problemdir. Valideynlər üçün bu siniflər həm də maddi yükə çevrilir, çünki repetitorlara müraciət olunur. Əgər cəmiyyət olaraq qərar veririksə ki, 10-11-ci siniflərin məqsədi yalnız ali məktəbə qəbul üçün hazırlıqdır, o zaman bu təhsil mərhələsini bu məqsədə uyğun şəkildə dizayn etməliyik. Amma bu, ideal model deyil. Daha düzgün olan, bu hazırlığın məktəbin öz daxilində, sistemli şəkildə həyata keçirilməsidir. Əgər valideyn istəmirsə, övladını özəl kursların da hazırlığına qoya bilər. Bu onun hüququdur.

Repetitorluq məsələsinə gəlincə, burada da anlaşılmazlıq var. Çünki əksər repetitorlar elə məktəbdə dərs deyən müəllimlərdir. Müəllim və repetitor eyni adamdır. Bu səbəbdən müəllimi pis, repetitoru isə yaxşı göstərmək məntiqsizdir. Sadəcə fərq ondadır ki, biri məktəbdə, digəri ödənişli şəkildə əlavə məşğələ aparır”.

Nazir əlavə edib ki, bütün bu məsələlər düzgün başa düşülərsə, məqsədlərimizlə etdiyimiz işlər arasında olan uçurumu azalda bilərik:

"Hazırda biz bir tərəfdən deyirik ki, məktəb təkcə ali məktəbə hazırlıq yeri deyil, amma digər tərəfdən bütün sistem bu istiqamətə yönəlib. Çünki sosial və iqtisadi səbəblər insanları ali təhsilə yönəldir. Saylar da artır. Əvvəllər 20-25 min adam ali məktəbə daxil olurdu, indi bu rəqəm 60 minə çatıb. Biz istəyirik ki, ali təhsil əlçatan olsun və bu da zamanla bu sahəyə olan həddindən artıq həvəsi balanslaşdıra bilər. Yanvar-fevral aylarında isə bu yeni model üzrə daha geniş ictimai təqdimatın olması planlaşdırılır”.

Oxşar xəbərlər

Bütün xəbərlər