Son zamanlar oğlanların xarici görünüşlərinə daha çox müdaxilə etməsi (balyaj, perma, qaş-kirpik düzəltmək, dodaq dolğusu və s.) psixoloji baxımdan necə dəyərləndirilə bilər?
Tehsilmedia.az saytı olaraq gününümüzün aktual problemi olan oğlan şagirdlərin gələcəyi haqqında tanınmış psixoloq Nizami Orucov ilə olan müsahibəmizi sizlərə təqdim edirik.
Bu tendensiyanı təkcə “doğrudur” və ya “yanlışdır” kimi qiymətləndirmək düzgün olmaz. Müasir dövrdə oğlanların xarici görünüşə diqqət yetirməsi, özünü ifadə etməyə çalışması artıb. Bu, bir tərəfdən fərdi seçim, estetik zövq və sosial qəbul olunma ehtiyacı ilə bağlıdır. Digər tərəfdən, bu davranışların arxasında bəzən özünəinamla bağlı boşluqlar, bəyənilmə ehtiyacı və sosial müqayisə də dayana bilər. Sosial media, trendlər və vizual mədəniyyət insanlarda “belə görünməliyəm” təzyiqi yaradır. Oğlanlar da bu təsirdən kənarda qalmır.
Yaşlı kişilərdə də estetik müdaxilələrin artması fonunda, bu valideynlər övladlarına necə dəstək ola bilərlər?
Yaşlı kişilərin öz görünüşlərinə diqqət etməsi təkbaşına problem deyil. Problem o zaman yaranır ki, bu davranış övlad üçün yanlış mesajlara çevrilir. Valideyn övladına açıq şəkildə bildirməlidir ki, xarici görünüş insanın dəyərini müəyyən etmir və estetik seçimlər şəxsi seçimdir, məcburiyyət deyil.
Ən sağlam dəstək modeli valideynin davranışı ilə verdiyi mesajın sözləri ilə uyğun olmasıdır. Yəni həm özü seçiminə məsuliyyətli yanaşmalı, həm də övladına “sən olduğun kimi dəyərlisən” mesajını ötürməlidir. Uşaq valideynin davranışını kopyalayır, amma valideynin münasibətini daha çox mənimsəyir.




























