Sumqayıt şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində görüş keçirildi
10.12.2025-ci il tarixində Sumqayıt şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində Abşeron - Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Agayev , idarənin əməkdaşı Aysel Tahirova , məktəbin direktoru Nuranə Hümbətova , direktor müavinlərinin və IV, VI, IX siniflərdə dərs deyən müəllimlərin iştirakı ilə məhsuldar bir görüş oldu. Görüş iştirakçılarının hesabatı dinlənildi, məktəbdə tədrisin keyfiyyətinin daha da artırılması istiqamətində idarə tövsiyələr verildi.




























