Xəbər lentiwidget-title-icon

Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür
Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13

BDU magistrantı: Beynəlxalq məhkəmə müsabiqəsinə hazırlıq məşqlərimizi hətta hava limanında davam etdirirdik

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Belarusun paytaxtı Minskdə keçirilən “III Nürnberq prosesi və müasir beynəlxalq hüquq” adlı beynəlxalq məhkəmə müsabiqəsində böyük uğur əldə ediblər. Müsabiqədə BDU-dan “Transmilli cinayət hüququ” ixtisaslaşması üzrə magistrantı Siyavuş Bağırov, bakalavriat tələbəsi Aylin Kərimli və onların rəhbəri İsmət Bayramov iştirak ediblər.

BDU komandasından Siyavuş Bağırov müsahibəsində beynəlxalq müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, komandanın formalaşdırılması və hazırlıq prosesi bir neçə ay davam edib. Komanda üzvləri müsabiqənin təqdim etdiyi kazusu mərhələli şəkildə araşdırıb, müxtəlif arqumentasiya xətləri qurub və hər raunddan sonra öz çıxışlarını yenidən işləyərək təkmilləşdiriblər. Məşqlər BDU-nun auditoriyalarında və Milli Kitabxanada aparılıb. Hazırlıq o qədər intensiv olub ki, tələbələr hətta Minskə yollanmazdan bir neçə saat əvvəl hava limanında belə sual-cavab məşqlərini davam etdiriblər.

Minsk müsabiqəsi “Transmilli Cinayət Hüququ üzrə Bakı Məktəbi”nin ilk böyük beynəlxalq sınağı kimi qiymətləndirilir. BDU-da 2014-cü ildən etibarən bu istiqamət üzrə ixtisaslaşmanın mövcudluğu, professor Şaxla Səmədovanın rəhbərliyi və kafedranın uzun illik elmi fəaliyyəti komandanın uğurunun əsas təməlini təşkil edib.

“Yarışın ən çətin mərhələlərindən biri Moskva Dövlət Hüquq Universiteti ilə 1/2 final qarşıdurması olub. Postsovet hüquq məktəblərinin ənənəvi metodlarından fərqli olaraq, BDU komandası presedent hüququna əsaslanan müasir arqumentasiya modelindən istifadə edib. Nəticədə Moskva komandası təqdim edilən terminologiya və konseptlərə adekvat cavab verə bilməyib və üstünlük BDU-nun xeyrinə dəyişib”, - deyə Siyavuş Bağırov bildirib.Onun sözlərinə görə, komandanın finalda Kupala adına Qrodno Dövlət Universiteti ilə mübarizəsi xüsusilə gərgin keçib Jüri üzvlərinin istənilən vaxt çıxışı dayandıraraq sual vermək hüququnun olması taktiki metodların daha diqqətlə qurulmasını tələb edirdi. BDU komandası həm öz sualları, həm də jürinin əlavə sualları vasitəsilə rəqibin arqumentlərindəki boşluqları üzə çıxarmağı bacarıb. Məhz bu strategiya komandanın yekun qələbəsini təmin edən əsas faktorlardan biri olub.

Qeyd edək ki, məşqçi İsmət Bayramovun ötən illərdə eyni müsabiqədə iştirak təcrübəsi komandanın hazırlığında mühüm rol oynayıb. Onun beynəlxalq humanitar hüquq üzrə təhlilləri və qısa zamanda arqument qurma strategiyaları tələbələrin çıxışlarının daha güclü və çevik olmasına imkan yaradıb.

Qələbə təkcə komanda üzvlərinin şəxsi uğuru deyil, həm də Azərbaycan hüquq təhsilinin inkişafında mühüm addım kimi qiymətləndirilir. Bu nailiyyət tələbələr arasında beynəlxalq müsabiqələrə marağı artırmaqla yanaşı, BDU-da formalaşan transmilli cinayət hüququ məktəbinin regionda nüfuzunu daha da möhkəmləndirir.BDU komandasının Minskdəki uğuru Azərbaycan hüquq elminin beynəlxalq səviyyədə təmsilçiliyinin artdığını göstərir və gələcək tələbələr üçün həm motivasiya, həm də yeni elmi istiqamətlərə açılan yoldur.

Xatırladaq ki, beynəlxalq məhkəmə müsabiqəsi Belarus Həmkarlar İttifaqları Federasiyası, “MİTSO” Beynəlxalq Universiteti, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Qanunvericilik və Hüquqi İnformasiya Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər